Xəbər lenti
Hər kəs vətənpərvərlikdən danışa bilər, ancaq hamıya şəhidlik məqamı nəsib olmur - Cavid kimi

Hər kəs vətənpərvərlikdən danışa bilər, ancaq hamıya şəhidlik məqamı nəsib olmur. Bu gün Şamaxını ata naləsi bürüdü. Şəhid Cavid Cavanşir oğlu Zülfüqarov. Cavidin 2 qardaşı, 1 bacısı var. Hələ uşaq yaşlarından çətin sınaqlarla üzləşmişdi. Çünki anası Zülfüqarova Dilşadı qaraciyər xərçəngindən uzun müddət əziyyət çəkərək Allahın rəhmətinə qovuşmuşdu. Körpə balası ilə qalan ata yenidən ailə həyatı qurdu. Zülfüqarov Cavid Cavanşir oğlu 2004- ve ildə Şamaxı rayonunun Quşçu kəndində anadan olub. 2021- ci ildə həmin kəndin tam orta məktəbindən məzun olmuşdur. 2022-ci ildə isə Həqiqi Hərbi Xidmətə çağırılmış və sentyabrın 19- da antiterror əməliyyatları zamanı Ağdərə rayonunda Şəhidlik zirvəsinə ucalmışdır. Atası Zülfüqarov Cavanşir oğlunun şəhid xəbərini eşidəndə bununla razılaşmır və şəhid dəfni 6 gün gecikir. DNT testindən sonra isə ata övladını acı göz yaşları içində torpağa verdi. Mən Şəhidin müəllimlərindən, qonşularından Cavid haqqda qısa araşdırma apardım. Müəllimləri deyir:" Cavid tərbiyəli, sakit və məsuliyyətli şagird idi. Hətta Cavid o qədər sakit idi ki, biz ondan nəsə soruşanda sözləri bir-bir çıxardırdıq ağzından. Cavid müəllimlərini heç vaxt incitməyib." Qonşuları, qohumları Cavidin çox çətin şəraitdə böyüdüyünü, həmişə evə, atasına kömək etdiyini deyirdilər. 19 yaşlı şəhidimiz 1 il 3 ayın əsgəri idi. Uşaq yaşlarında anasının ölümü qəlbini incitdi, gənclikdə isə düşmən gülləsi…. Arzuları ürəyində qalan Şəhidim, Allah sənə rəhmət etsin.! Qanınız yerdə qalmadı! Vətən uğrunda canından keçən igidlərimizi tarix heç vaxt unutmayacaq!
Məltəm Anar
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar