Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağdan gedən ermənilər silahlarını meşədə gizlədiblər? - Açıqlama

Tarix: 13-10-2023 16:38     Baxış: 3351 A- / A+

“Əslində, silahlarını meşədə qoyub Ermənistana qaçan ermənilərin geri qayıdanda həmin silahları oradan çıxarıb bizə qarşı müqavimət aparması ilə bağlı səslənən iddialar hipotetik baxımdan mümkündür. Amma faiz nisbətində götürəndə bunun cəmi 1-2% olması onu göstərir ki, əslində, Azərbaycan orada suveren hüquqlarını tam bərpa edəndən, xüsusilə də Azərbaycanın hüquq-mühafizə orqanları orada nəzarəti ələ alandan sonra yaxın zamanlarda belə bir iddianın həyata keçməsi qeyri-mümkündür”. 
Manevr.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında politoloq Sahil İskəndərov deyib. 
Analitik bölgəni tərk edən separatçıların silah-sursatı meşələdə gizlətməsi ilə bağlı səslənən iddialara toxunub. 
“Sözsüz ki, bunun qarşısının alınması və belə ehtimalın puça çıxması üçün ən yaxşı məqamlardan biri həmin silahların Azərbaycanın güc strukturları tərəfindən axtarılıb tapılmasıdır. Çünki müasir texnologiyalar imkan verir ki, qarış-qarış gəzib bunu edək. Ona görə ki, istənilən halda bu, bizim təhlükəsizliyimiz deməkdir və bunu etməyə məcburuq”, - əlavə edib. 
Onun fikrincə, belə bir ehtimal da ola bilər ki, onlar o silahları haradasa gizlədib qayıdandan sonra başqa əməliyyatlara başlasınlar:
“Amma indiki şəraitdə bu, mümkün deyil. Ona görə ki, çıxıb gedənlər sonradan buraya qayıdanda onlar Azərbaycanın nəzarət-keçid məntəqələrində konkret şəkildə yoxlanacaqlar. Yəqin ki, onlar barədə məlumatlar aydınlaşdırılacaq, eləcə də onların şəxsiyyətləri və bütün sxemləri araşdırılacaq və kimlikləri üzə çıxacaq. 
Bu məsələdə ehtimallar cüzidir, lakin gələcəkdə - 40-50 il sonra mövcud geosiyasi konfiqurasiya və vəziyyətin dəyişməsi ilə bağlı ermənilərin yenidən revanşizmə getməsi istisna edilmir. Lakin necə ki güclü Azərbaycan dövləti var, onların bunu indiki məqamda etməsi sıfıra bərabərdir. Sözsüz ki, Azərbaycan rəhbərliyi strateji baxımdan bütün bu ehtimalların hamısını nəzərə alıb öz tədbirlərini görür”. 
Analitik düşünür ki, bu məsələdə əsas yük bizim üzərimizə düşür:
“Əlbəttə ki, Azərbaycanın siyasi rəhbərliyi və Azərbaycan xalqı ötən əsrin 80-ci illərinin sonundakı səhvlərə bir daha yer verməz ki, sonradan biz yenidən separatçılıqla qarşılaşaq. Həmçinin biz mövcud geosiyasi konfiqurasiyanın da dəyişməsini nəzərə almalıyıq. 
Xatırlayırsınızsa, ilk dövrlərdə Rusiya sülhməramlı kontingentinin Qarabağdakı davranışları bizdə sonsuz narazılıq doğurdu. Amma indi etiraf etməliyik ki, onlar da erməni separatçıların bölgəyə hansı bəlalar gətirdiyini başa düşürlər. Artıq rusların davranışlarında dəyişiklik var və onlar bu və ya digər şəkildə məhz Azərbaycanın haqlı mövqeyindən çıxış edirlər. Əlbəttə ki, bu, onların vəzifəsidir və buna görə onlar bizim boynumuza minnət qoya bilməzlər ki, bu tendensiyaya sevinək”. 
“Bu dəqiqə Ermənistana kənardan dil verən bəzi qüvvələr var ki, onlar regionda hansısa oyunlar aparmaq niyyətindədir. Yəni ermənilər bunu etməyə cəhd göstərə bilərlər, amma bu, o demək deyil ki, cəhd göstərmək uğurla nəticələnəcək. Çünki Azərbaycan hakimiyyəti bu məsələləri strateji baxımdan dəqiq hesablayıb və lazımi qədər də təmizləmə əməliyyatlarını davam etdirəcəyik. Maraqlıdır ki, onlar Qarabağda nə qədər silah gizlədib ki, hələ bir bizə qarşı partizan müharibəsi də aparsın?! Əgər o fikrə düşənlər olsa, onları məhv etmək də bizim üçün çox asan olacaq. Lakin indiki məqamda onların “mübarizəsi” fantastik bir şeydir. Məncə, Azərbaycan hökuməti bu hücumlardan sığortalanmaq üçün kifayət qədər hazırlıqlar görüb”, - o, fikirlərini tamamlayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar