Xəbər lenti
"İki cüt, bir tək insanla qayıdış olmur, hörmətli sədr" - Rövşən Hüseynli yazır
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bir qrup Xankəndi sakini ilə görüş keçirib.
Təqdirəlayiq haldır, lakin iki cüt, bir tək insanla Xankəndinə qayıdış olmur, hörmətli sədr. Belə görüşlər ən azı böyük saraylarda, mədəniyyət ocaqlarında, minlərlə insanın iştirakı ilə keçirilməli, əhali marifləndirilməli, ən üst səviyyədə böyük qayıdışa hazırlıqlara start verilməlidir. Bu gün Azərbaycan Prezidenti və əsgəri üzərinə düşən vəzifəni şərəflə ləyaqətlə yerinə yetirməklə məşğuldur. Bundan sonra vətəndaş olaraq bizlər də dövlətimizə və ali baş komandanımıza üzərimizə düşən öhdəlikləri yerinə yetirməklə dəstək olmalıyıq. Xankəndidə yenidən həyatın bərpası üçün öz dəstəyimizi əsirgəməməli, bir başa proseslərin iştrakçısı olmalıyıq. Qarabağın azadlığı, bütövlüyü Xankəndindən başladığını heç kim unutmamalıdır! Qarabağımızın azadlığının təminatı Xankəndinə qayıdışla təmin olunmalıdır. Bir mənalı şəkildə Azərbaycan dövlətinə, dövlətçiliyimizə sadiq olan hər kəs bu qayıdışın bir parçası olmalıdır. Bakını "işğal edən" pullu kişilər bundan sonra sərmayələrini Qarabağa - Xankəndiyə yatırtmalıdır. Milyonçu Ruben Vardanıyanın Rusiya vətəndaşlığından imtina edərək Qarabağa gəlməyini unutmayaq. Bu gün sıra Azərbaycan iş adamlarının, milyonçularının və Qarabağ sevənlərindir. Hörmətli Rövşən müəllim, sizlərə bir tövsiyəm olar ki, kabnetlərdə qəbul və görüşlərinizi bir müddət təxirə salıb. Geniş idman saraylarında, mədəniyyət ocaqlarında görüşlər təşkil edin. Qarabağa Xankəndinə qayıdışı sürətlə həyata keçirilməsinə bu ən böyük dəstək olar. Üç-beş nəfərlə görüşlərlə böyük qayıdışları həyata keçirilməsi çox çətin olar və əlavə vaxt itkisinə səbəb olar. Hər günün öz hökmü var, hər günün bizə qızıldan qiymətli olduğunu unutmamalıyıq. Sizli, bizli məqsəd və məramımız birdir, Xankəndi...!!!
Rövşən Hüseynli
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
P.S. 2020 ci il 44 günlük vətən qələbəmiz zamanıda yazmışdım. Azərbaycan əsgəri üzərinə düşən vəzifəni şərəflə ləyaqətlə yerinə yetirdi. Bundan sonra sıra iş adamlarınındı. Qarabağ Azərbaycandır!
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar