Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Putinin açıqladığı “Şuşa sirri” doğrudurmu? – Gerçəklər üzə çıxır

Tarix: 06-10-2023 14:40     Baxış: 3243 A- / A+


“Azərbaycan Rusiya faktoruna rəğmən əraziləri azad edib. Qarabağda suverenliyini bərpa etsə də, hələ də Putinin keçmişlə bağlı səsləndirdiyi fikirlər müzakirə, bəzən də ittiham mövzusuna çevrilir, halbuki bütün bunların Moskva-İrəvan xəttində qarşılıqlı ittiham xarakteri daşıdığı aydın görünür”.
Manevr.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, Rusiya prezidentinin “Valday”da Şuşa ilə bağlı dediyi fikirlər eyni vəziyyəti yaratdı:
“Putin Paşinyanı ittiham edir ki, Azərbaycan Şuşanı azad etmədən atəşkəsə razı olub, lakin Ermənistan hakimiyyəti sona qədər döyüşməyi seçdiyi üçün nəticə əldə edilməyib. Onun sözlərindən belə çıxır ki, Paşinyan razı olsaydı, Əliyev Şuşa azad edilmədən müharibəni dayandıracaqdı. Və Azərbaycanda bu iddia üzərindən müharibəni qazanmış, erməni separatizmini məhv etmiş Əliyevi ittiham edənlər, hətta “Şuşanı azad olunmasına görə Paşinyana təşəkkür etməyin” lazım olduğunu düşünənlər var”.
Asif Nərimanlı Bakıya müəyyən siqnal ötürüldüyünü deyib:
“Əliyev Şuşa azad edilmədən atəşkəsə razı idimi? Mümkündür ki, Moskvanın “atəşkəs istəkləri”nə qarşı Bakıda müəyyən siqnallar ötürülüb, lakin bunun blef olması ehtimalı daha güclüdür, xüsusilə Hadrutun azad edilməsi fonunda. 44 günlük müharibədə Rusiyanın Azərbaycan ordusunun keçmiş “DQMV”-nin “inzibati sərhədlərinə” daxil olmasını istəmədiyi bəllidir.
Müharibənin başlanmasından 12 gün sonra – 9 oktyabrda xarici işlər nazirlərinin Moskvada təşkil edilən görüşü də buna hesablanmışdı. Moskva görüşündən əvvəl – 8 oktyabrda, xarici işlər naziri Moskvaya uçmamışdan saatlar öncə Əliyev Hadrutun azad edildiyini elan etdi. Əslində, ərazi erməni işğalçılarından tamamilə təmizlənməmiş, ordumuz əsas strateji yükləklikləri nəzarətə götürməklə Hadurutun azadlığını təmin etmişdi. Lakin Əliyevin Moskva görüşündən öncə Hadrutun azad edildiyini açıqlaması məhz Rusiyanın istəmədiyi “DQMV”-nin “inzibati sərhədlərinə” daxil olmaq və “statusun” olmayacağını müharibə meydanında elan etmək idi”.
A.Nərimanlı deyib ki, əməliyyata başlamasını filmdən öyrənib:
“Şuşa əməliyyatına başlanması əmrinin 2 noyabr tarixində verildiyini müharibədən sonra çəkilən sənədli filmdən öyrənirik, lakin əməliyyat hazırlığının məhz Hadrutun azad edilməsindən sonra başlandığına dair məlumatlar var. Bununla yanaşı, Şuşanın azad edilməsi hədəfinin müharibə başlanmamışdan öncə – torpaqların azad edilməsi əməliyyatının tərkib hissəsi olduğu haqda da fikirlər mövcuddur.
Hücum əmri 2 noyabrda verilsə də, Əliyev Şuşanın azad edilməsi planının mesajını 16 oktyabrda “A Haber” telekanalına müsahibəsində “Şuşasız bizim işimiz yarımçıq qalar” sözləri ilə vermişdi.
Bu amillər Putinin müharibədən üç il sonra “Şuşa” və “status”la bağlı iddialarını təkzib etməyə yetərlidir. Bəlkə də Bakı Moskvanın “atəşkəs” çağırışına diplomatik dillə müsbət cavab verib, lakin müharibə meydanında hədəfindən yayınmayıb. Yaxud Əliyev Şuşanın azad edilməsi, həm də bu gün suverenliyimizn tam bərpa edilməsi hədəfinə çatmaq üçün həmin günlər tarixi blef edib”.globalinfo.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar