Xəbər lenti
Qarabağ rejiminin 9 "rəhbəri"
Manevr.az bildirir ki, 1991-2023-cü illərdə rejimə 9 şəxs rəhbərlik edib.
Rejimin ilk rəhbəri Leonard Petrosyan olub. O, 12 sentyabr 1991-ci ildən 8 yanvar 1992-ci ilədək “parlament sədri” kimi rəhbərlik edib.
8 yanvar-14 aprel 1992-ci ildə “parlament sədri” – işğalçı rejimin rəhbəri postunda Artur Mkrtçyan əyləşib.
14 aprel 1992-ci ildən “parlament sədrinin” səlahiyyətlərini icra edən Georgi Petrosyan rejim rəhbəri sayılıb.
15 avqust 1992-ci ildə rejimdə “Dövlət Müdafiə Komitəsi” yaradılıb, qurumun sədri Robert Köçəryan rəhbərliyə başlayıb, 21 dekabr 1994-cü ildən “prezident” postunu tutub.
1997-ci il martın 20-dən sentyabrın 8-dək rejimə “baş nazir” Leonard Petrosyan rəhbərlik edib.
1997-ci il sentyabrın 8-dən 2007-ci il sentyabrın 7-dək rejimin başında Arkadi Qukasyan dayanıb.
7 sentyabr 2007-ci ildən 21 may 2020-ci ilədək rejimə Bako Saakyan başçılıq edib.
21 may 2020-ci ildən 1 sentyabr 2023-cü ilədək Araik Arutunyan rejim rəhbəri olub.
2023-cü il sentyabrın 1-dən 9-dək “prezident” səlahiyyətlərini “parlament sədri” David İşxanyan icra edib.
2023-cü il sentyabrın 9-dan Samvel Şahramanyan başçı olub.
Leonard Petrosyan 1999-cu il oktyabrın 27-si Ermənistan parlamentindəki terrorda öldürülüb.
Artur Mkrtçyan 1992-ci il aprelin 14-ü Xankəndidə müəmmalı şəkildə həlak olub.
Georgi Petrosyan Qarabağdan son köçə kimi Xankəndidə yaşayırdı.
Robert Köçəryan Ermənistanın paytaxtı Yerevandadır.
Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutunyan, David İşxanyan oktyabrın 3-də tutulublar.
Samvel Şahramanyan Xankəndidədir.
Ermənistan 1988-ci il fevralın 13-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsini özünə birləşdirmək üçün təcavüzə başlayıb. 1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ “müstəqil dövlət” elan olunub.
1994-cü ilin mayın 12-də atəşkəslə dayanan müharibədə Azərbaycanın cənub-qərb bölgəsi və Qazax rayonunun 7, Sədərək rayonunun 1 kəndi işğal edilib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaş nəticəsində əldə edilən razılaşmalar, sonrakı lokal hərbi əməliyyatlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün düşmən silahı yerə qoymaq, tərksilah olmaq öhdəliyi götürüb. Sentyabrın 28-də Qarabağ rejimi özünü buraxıb, bütün təsisatların 2024-cü il yanvarın 1-dək öz fəaliyyətini dayandırması hökmü verilib.novator.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar