Rusiya Müdafiə Nazirliyinin “Xankəndi şəhərində naməlum şəxs Rusiya-Azərbaycan birgə patruluna snayper silahından atəş açıb” məlumatı müəmmalı suallar yaratdı.
– Snayper atəşi açan kimdir?
– Xankəndidə erməni terrorçular gizlənirmi?
– Bu atəşin məqsədi nə ola bilər?
Bu sualların cavab axtarışı müxtəlif versiyaları ön plana çıxarır:
Manevr.az axar.az-a istinadən bildirir ki, birincisi, erməni silahlı dəstələrin tərki-silah edilməsi prosesi davam etsə də, tam başa çatmayıb və mümkündür ki, bunu silahı hələ də təhvil vermyənlər edə bilər;
İkincisi, silahı təhvil verməyən erməni terrorçular bu atəşlə “şəhər döyüşünə” başlaya biləcəklərini göstərirlər: bu mesajın arxasında separatçılar dayana bilər, çünki Araik Arutyunyan, Arkadi Qukasyan və Bako Saakyan Qarabağdan çıxa bilmir; məlumatlara görə, onların çıxması üçün Bakıya müxtəlif müraciətlər edilsə də, rədd cavabı verilib; istisna deyil ki, separatçılar snayper atışı ilə Qarabağı tərk edə bilməsələr, terror fəaliyyətinə başlaya biləcəklərini, “şəhər döyüşlərindən” çəkinməyəcəklərini göstərməyə çalışır, bununla nəticə əldə etmək istəyirlər;
Üçüncüsü, snayper atışını sülhməramlıların özü də təşkil edə bilər: bununla özlərinin də hədəfdə olduğunu göstərir və bölgədə mövcudluqlarının əhəmiyyətini nümayiş etdirirlər;
Hazırda snayper atəşi ilə bağlı araşdırma aparılır, lakin bu hadisə Xankəndidə erməni terrorçuların gizləndiyini və təhlükə yaratdığını da sübut etdi. Onların zərərsizləşdirilməsi və tərki-silah edilməsi üçün ev-ev axtarışlar aparılması zərurəti var.
Xəbər lenti
Xankəndidə hərbçilərimizə snayper atəşi açan kimdir?

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar