Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xocavənddə 4 körpüdə partlayıcı qurğular tapıldı - Şəkil

Tarix: 02-10-2023 14:48     Baxış: 3176 A- / A+
Manevr.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıblar.
Bildirilib ki, yaşayış binaları, mərkəzi rayon xəstəxanası, eləcə də fərdi yaşayış məhəllələri yaxınlığında yerləşən körpülərdə qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırılan ümumilikdə tərkibində 200 kq-dan artıq trotil dolu qutulardan ibarət tələ məftili və elektrik üsulu ilə işə düşən partlayıcı qurğular müəyyən edilib.
Belə ki, körpülərin alt və yan tərəflərinə hər biri 25 kq-lıq trotil hissələrlə dolu qutulara elektrik detonatoru və partlayışın gücləndirilməsi məqsədilə bir neçə ədəd TM-57 növlü tank əleyhinə minalar quraşdırılıb. Bu kimi partlayıcı qurğular isə ölümcül partlayışın törədilməsi, texnika və insanların kütləvi şəkildə məhv edilməsi məqsədilə yerləşdirilib.
ANAMA əməkdaşları aşkar edilən partlayıcı qurğuları zərərsizləşdirərək ərazilərin təhlükəsizliyini təmin edib.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar