Xəbər lenti
Dördü də Bakının nəzarətindədir - Qarabağdan qaça biləcəklərmi?
Qarabağda keçmiş separatçı rejimin "başçısı” Samvel Şahramanyan bir qrup şəxslə birlikdə Xankəndində olduğunu, ölən və itkin düşənlərin tapılması prosesi başa çatana qədər şəhərdə qalacağını açıqlayıb.
Proses başa çatandan sonra Şahramanyan Qarabağı tərk edə biləcəkmi?
Bu sualın cavabı hələki bəlli deyil. Təhvil-təslim prosesi başa çatana qədər – 1 yanvar 2024-cü il – Samvelin "xidməti”ndən yararlanmaq mümkündür. İstisna deyil ki, Rusiya tərəfi ona Qarabağı tərk edə biləcəyinə dair vədlər verib. Digər tərəfdən, Samvelin hazırda edə biləcəyi yeganə iş Bakının təqdim etdiyi proqram üzrə hərəkət etmək, öz qalıqlarını özü toplamaqdır. Əks təqdirdə, Qarabağdan çıxdığı yerdə həbs oluna bilər. Və bəlkə də o bütün bu "xidməti”nin qarşılığında bağışlanmağı, çıxmağına şəraitin yaradılmasını gözləyir.
Hərçənd, Şahramanyan qondarma rejimin qanunsuz "seçkiləri”nə qatılmaq və "başçı” seçilməklə Azərbaycan qanunlarını pozub və buna görə məsuliyyətə cəlb edilməlidir. Ümumiyyətlə, qondarma rejimə "rəhbərlik” etmiş bütün şəxslərin qanun qarşısına çıxarılması Azərbaycana qarşı erməni separatizminin perspektiv imkanlarına əhəmiyyətli zərbə ola bilər: Koçaryan istisna olmaqla, dördü – Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan və Samvel Şahramanyan nəzarətimizdədir.
Asif Nərimanlı
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar