Xəbər lenti
Uşaq bağcasında böyüyən qəhrəmanımız

Şəhid Zamin Xaqani oğlu Abbasov 1993-cü il mart ayının 8-də Qubadlı rayonunun qanlı-qadalı vaxtlarında anadan olmuşdu. Zamin 5 aylığında doğulduğu Qubadlı rayonunu ermənilər havadarlarının köməkliyi ilə işğal etmişdi. Zaminin ailəsi əksəriyyət qubadlılar kimi Sumqayıt şəhərinə pənah gətirmiş, 56 saylı Uşaq bağçasında məskunaşmış, 30 ildən çox orda yaşayırdı. 2000 ci ildə Sumqayıtda yerləşən Kavdadıq kənd orta məktəbində 1-ci sinfə gedib. 2008 ci ildə Naxçıvanski adına hərbi məktəbə daxil olub, oranı bitirdikdən sonra, 2011-ci ildə hərbi Akademiyaya daxil olub. 2016 cı ildə sonuncu kursda oxuyarkən ilk döyüşünə, yəni 2016 aprel döyüşlərində iştirak edib. İlk göndəriş yeri Xocavənd rayonu olub. 44 günlük müharibəyə qədər ön cəbhənin müxtəlif yerlərində bölük komandiri olub. 44 günlük müharibə başlayanda Cəbrayıl, Füzuli, Hadrut, Qubadlı, Laçın və Zəngilanda gedən ən ağır döyüşlərdə öz bölüyü ilə öndə döyüşərək heç bir itki vermədən bütün tapşırıqların öhdəsindən böyük məharətlə gəlmişdir.
2022- ci ildə "Komando" xüsusi təyinatlı kursunda təlim keçib, 100 nəfər arasında birinci olaraq fərqlənmə ilə qəbul edilib və bölük komandiri təyin edilib. 2023-cü ilin sentyabr ayında antiterror əməliyyatı zamanı ən hündür nöqtədəki düşmən səngərini ələ keçirİb, daha da irəliyə gedərkən bud nahiyəsindən ağır yaralanmasına baxmayaraq döyüşü davam etdirib. Son nəfəsinə qədər döyüşərək qanaxmadan şəhid olmuşdur. Zamin 2020- ci ildəki 44 günlük müharibədə iştirakına görə "Vətən müharibəsi iştirakçısı", "Cəbrayılın və Qubadlının alınmasına görə" medalları ilə təltif olunmuşdur. Çox təəssüf ki, elan edilmiş digər medallarını və kapitan rütbəsini daşımaq qəhrəmanımıza qismət olmadı. Zamin Xəqani oğlunun Atası Xəqani, əmisi Əkbər və digər iki əmiləri də 1-ci Qarabağ müharibəsinin vetiranlarıdır. Zamin evli idi, Turan adlı 2 yaşında oğul yadigarı qaldı.
Allah atasının torpağı sanı Turan balamıza xoşbəxt uzun ömür nəsib eləsin.
Rövşən Murad.


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar