Ermənilər kütləvi şəkildə Qarabağı tərk edirlər. Əgər orada bəlli bir sayda erməni sakin qalmayacaqsa, Rusiya sülhməramlıları Qarabağda hansı əsaslarla qalacaqlar, kimin təhlükəsizliyini qoruyacaqlar?
Manevr.az-ın məlumatına görə, sitat.info-ya açıqlamasında bu sualı cavablandıran təhlükəsizlik eksperti İlham İsmayıl bildirdi ki, bu hadusələrin inkişafından asılıdır: "Əgər orada erməni əhalisi qalmayacaqsa, artıq asayişin qorunmasına ehtiyac qalmayacaq və Qarabağ bütövlükdə Azərbaycanın nəzarətinə keçəcək. Biz erməni əhalisinə də dəfələrlə müraciət etmişik ki, sizin hüquq və təhlükəsizliyinin Azərbaycan Konstitusiyası ilə qorunacaq. Nə qədər erməni gedəcək, nə qədər qalacaq, bu hadisələrin gedişatından asılıdır. Ermənilər tamamilə gedərsə, sülhməramlılar da 2025-ci ildən öncə getməli olacaqlar. Ukraynada müharibənin getdiyini nəzərə alsaq, Rusiyanın bu dəqiqə canlı qüvvə və texnikaya ehtiyacı var. Buradan çıxarılan qüvvələri Ukrayna cəbhəsinə aparacaqlar. Bunu gedişat göstərəcək".
Xəbər lenti
"Ermənilər tamamilə gedərsə, sülhməramlılar da 2025-dən öncə getməli olacaqlar"
S.Əkbər vurğuladı ki, ermənilərin tamamilə getməsi arzuolunan deyil: "Biz istəmirik ki, ermənilər bütünlüklə çıxıb getsin, biz erməni əhalisinin qalmasını istəyirik. Bizim nəzarətimiz altında yaşayıb, bizim qanunları və vətəndaşlığımızı qəbul etmələrini istəyirik. Ona görə ki, yenidən biz dünyanın qınaq hədəfinə çevrilmək istəmirik. Etnik təmizləmə ilə bağlı ittihamlarla üzləşmək istəmirik. Dəfələrlə də demişik ki, ermənilərin bu cür kütləvi köçü onların şəxsi qərarlarıdır. Prezidentin köməkçisi də bildirdi ki, bu onların fərdi şəkildə verdiyi qərardır və biz heç bir ermənini Qarabağdan çıxartmırıq. Biz ümumiyyətlə Xankəndiyə hələ girməmişik. İndi ermənilər hamısı oraya cəmləşiblər. Ağdərədə erməni hərbçilər çıxın getdikdən sonra bizim polisimiz və hərbçilərimiz yerli əhaliyə yardım edirdi".
Politoloq vurğulayıb ki, gedənlər qayıda da bilər: "Əgər bütövlükdə 3 gün ərzində bu qədər insan ölkəni tərk edirsə, onların geri qayıtması mümkün deyil. Amma 44 günlük müharibə bitəndə də ermənilər getmişdi və Putin onları qaytardı. Dünən də ABŞ dövlət katibi Blinken İlham Əliyevlə danışıb və xahişi də bu olub ki, əməliyyat olmasın və beynəlxalq müşahidə missiyasının oraya daxil olmasına icazə verilsin. Mən bununla bağlı təlaş keçirdim. Çünki Kosova təcrübəsi var. Dövlətlər sonradan Kosovanı tanımağa başladılar. İndi bu müşahidə missiyasının tərkibi kimlərdir, mülki insanlar, yoxsa hərbi kontingent? Orada hərbi kontingent olsa bu gün köçən ermənilərə sabah təminat verə bilərlər ki, geri qayıdın, sizin digər məsələləriniz də həll olunacaq. Ancaq İlham Əliyev Blinkenə deyib ki, burada BMT-nin rezident koordinatoru var və biz ona şərait yaradacağıq. O da öz 3-4 nəfərlik heyəti ilə gəlib müşahidə apara bilər. Diplomatik nümayəndələr də gəlib baxa bilərlər ki, biz ermənilərə necə şərait yaradırıq və hansı təminatlar veririk. Bu məsələnin bu şəkildə həll olunması da bizim xeyrimizədir".

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar