Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Bunkerlərin qapıları açıldı - Bir-bir Ermənistana qaçırlar

Tarix: 25-09-2023 19:13     Baxış: 3365 A- / A+

"Separatçılar, müharibə cinayətkarları Qarabağdan qaçmağa başlayıblar”.
Manevr.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert erməni separatçılarını alman nasistləri ilə müqayisə edib:
“Sovet ordusu 1945-ci ilin may ayında Berlinə daxil olanda faşist Almaniyasının lideri Adolf Hitler bunkerdə gizlənmişdi. Ancaq günlər keçdikcə bunkerdən qaçanların sayı artdı. Hitler özünü öldürdükdən sonra qaçış sürətləndi. Partiyadakı “sağ əl”i Borman bunkerdən qaçmaq istəyərkən öldürüldü, digər nasist liderlərdən Herinq sovet hərbçilərinin əlinə düşməmək üçün gedib amerikalılara təslim oldu. Milyonlarla insanı düşərgələrdə ölümə məhkum edən Himler də qaçaraq Borman kimi amerikalılara təslim olmuşdu. Xeyri olmadı, Himler və Borman zəhər içərək özlərini öldürdülər.
Eynilə Qarabağdakı separatçılardan da bir neçə gündür xəbər yoxdur, ya Xankəndidəki bunkerlərdə gizləniblər, ya da qaçmaq üçün imkan axtarırlar. Bu, Laçın sərhəd-keçid məntəqəsindən mümkün olmayacaq, ya hansısa gizli dərələrdən sərhədi keçməyə çalışa bilərlər, bu halda ələ keçmək və öldürülmək riski var, ya da Rusiya hərbi kontingentinə yalvarmalıdırlar ki, helikopterlə Ermənistana keçsinlər.
Rus hərbçiləri ya Kremldən aldıqları təlimat əsasında, ya da rüşvətlə separatçıları qaçıra bilər. Məsələn, separatçıların “keçmiş müdafiə naziri”, Xocalı canilərindən biri Samvel Babayan artıq İrəvandadır”.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar