Manevr.az xəbər verir ki, bu sözləri terrorçuların lideri Samvel Şahramanyanın müşaviri David Babayan Reuters agentliyinə bildirib.
Görünən odur ki, Azərbaycan ermənilərin hüquqlarını təmin edəcəyini və reinteqrasiya prosesinə təminat verəcəyini desə də, Qarabağdakı terrorçular başqa plana əl atıb.
Beynəlxalq aləmdə Azərbaycanın bir hissəsi kimi tanınan Qarabağda Azərbaycan Ordusunun 24 saatlıq blitskriq hərbi əməliyyatından sonra maraqlı xarici qüvvələr başqa niyyətlərini ortaya qoyublar. Əlbəttə, burada söhbət 120 min erməninin Qarabağdan getməsindən getmir. Sadəcə terrorçular və revanşistlər dünyaya göstərmək istəyirlər ki, guya Azərbaycan etnik təmizləmə aparır. Ermənistan düşünür ki, bu üsulla BMT missiyasını, yaxud Fransa və ABŞ kimi dövlətlərinin hərbi qüvvələrini Qarabağa cəlb edə bilər.
Amma düşmənin bu niyyəti də həyata keçməyəcək. Azərbaycan diplomatiyası bu planın da icrasının qarşısını alacaq.konkret.az