Xəbər lenti
Türkiyə məhsulları Xankəndiyə aparıldı, Azərbaycan malları da... - Şəkillər

Xankəndiyə aparılan humanitar yardımda Türkiyə istehsalı olan məhsullar da var.
Manevr.azxəbər verir ki, bu məsələ separatçıların təşvişinə səbəb olub. Onlar qorxurlar ki, Türkiyə məhsullarından istifadə edən erməni əhalisində düşmənçilik hisləri zəifləyəcək. O cümlədən, Türkiyə məhsullarından sonra Azərbaycan məhsullarının da Xankəndiyə daxil olması baş tutacaq.
“Hraparak” nəşri yazır ki, Ağdam-Xankəndi yolundan yüklərin qəbul edilməsi asanlıqla razılaşdırılmayıb.
“Rusiya son ana qədər Laçın yolunun fasiləsiz hərəkətinə nail olmaq üçün hər şeyi edəcəklərini desələr də, sonda geri çəkiliblər və güclərinin çatmadığını bildiriblər. Qeyd ediblər ki, ya yüklər qəbul edilməlidirlər, ya da problemlər daha da çoxalacaq. Ağdam vasitəsilə əsasən gigiyena vasitələri qəbul edilib, yaxın vaxtlarda isə un daxil olacaq. Dünən Xankəndiyə bir yük maşını daxil olub. Razılaşma belə idi ki, Ağdam vasitəsilə gələn Rusiya Qızıl Xaç Cəmiyyətinin maşınlarında ancaq rus istehsalı olan məhsullar gətirilməlidir. Lakin yüklər gəldikdən sonra məlum olub ki, onların arasında Türkiyə istehsalı olan uşaq bezləri də var”, - nəşr yazır.
Erməni əhalisi arasında radikal mövqeyə malik olanlar Türkiyə istehsalı olan məhsulların yandırılmasını tələb edir.publika.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar