Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xankəndidə hərbi texnika gedişi: “müqəddəs yerə” kim girəcək?

Tarix: 17-09-2023 19:25     Baxış: 3260 A- / A+



“ABŞ üç il əvvəl olduğu kimi Ermənistanla Azərbaycan arasındakı problemlərin onun iştirakı olmadan həll ediləcəyindən narazıdır”.
Manevr.az teleqraf.com-a istinadla xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.
“Separatçıların ağır texnikaları Rusiya sülhməramlı kontingentinə təhvil verməsi xəbərləri fonunda amerikalılar Bakıya təzyiqləri artırıblar. Görünür, üç il əvvəl olduğu kimi hər şeyin onlar olmadan həll ediləcəyindən narazıdırlar. Qarabağ ermənilərinin taleyi ilə bağlı bu “əndişə” bölgədə “təsir dairələrinin yenidən bölüşdürülməsi”nin onların iştirakı olmadan baş verməsindən narahatlıqdan başqa bir şey deyil. Onların bu “narahatlığı” Paşinyanın qayğıları ilə üst-üstə düşür.
Belə bir təəssürat yaranır ki, İrəvan amerikalıları onların iştirakı olmadan baş verən “yeni bölüşdürmə”nin qarşısını almaq üçün regiona dəvət edir. Bu da öz növbəsində həm Moskvanı, həm də belə bir dönüşü gözləməyən Tehranı narahat edir.
Baş verənlərdən belə çıxır ki, “müqəddəs yer” boşalanda paylar artır.
“Ermənistan uğrunda mübarizə”də hamı var – ABŞ, İran, Rusiya, hətta müəyyən qədər biz. Yeganə çatışmayan Ermənistanın özüdür ki, onun öz subyektivliyi yox idi, heç vaxt da olmayacaq”, – İ.Vəlizadə bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar