Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qanunsuz erməni silahlılarının hücumu gözlənilir

Tarix: 17-09-2023 08:32     Baxış: 3327 A- / A+


Son saatlar ərzində qanunsuz silahlı dəstələr Ağdam istiqamətində atəşkəsi pozmaqla bərabər, kifayət qədər geniş miqyasda toplamaqdadır. Ağdərə istiqamətində qanunsuz silahlıların ciddi yerdəyişmələri müşahidə olunur.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a erməni separatçıların artan təxribatları haqqında danışan hərbi ekspert Ədalət Verdiyev deyib.
Hərbi ekspert yaxın saatlarda yeni təxribatların gözlənildiyi haqqında xəbərdarlıq edib:
"Qarabağda rus sülhməramlıların müvəqqəti məsuliyyət bölgəsində yaşayan erməni separatçıların “hərbçiləri” geri çağırması və silah tuta bilənlərin qeyri-qanuni dəstələrə cəlbi, o cümlədən Ağdərədə hərbi texnikanın cəmləşməsi ilə silahlıların aktivliyi müşahidə olunur. Qarabağdakı separatçıların fəaliyyəti onların yaxın saatlarda təxribat törətmək üçün hazırlıqlarını demək olar ki, tamamladıqlarını göstərir. Böyük ehtimalla rus sülhməramlıların müvəqqəti məsuliyyət bölgəsindəki separatçıların qeyri-qanuni silahlı dəstələri yaxın saatlarda Ağdərə istiqamətindən Ordumuzun Ağdamdakı mövqeləri istiqamətində təxribat törədəcəklər. Ayıq-sayıq olmalıyıq və diqqətimizi xüsusilə Ağdərə istiqamətinə yönəltməliyik".
Qeyd edək ki, Azərbaycan MN qanunsuz erməni silahlıların gecə 22:55-dən 23:45-ə qədər Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərdikləri barədə məlumat yayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar