Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Həsrətimin ocağı, üzümün ağı, Şuşa! -Təranə DƏMİR

Tarix: 15-09-2023 11:58     Baxış: 2498 A- / A+


Təranə Dəmir


***
Elə bilmə qayayam,
Elə bilmə daşam-heyy!
Sən  minillik  həsrətim,
Dərdi qoşa-qoşam-heyy!
Ömründə bircə dəfə 
Üzünü görmədiyim,
Səsini duymadığım
Qara gözlü Şuşam-heyy!
Sən dünənsən, bu günsən,
Sabahsan ,ərən şəhər.
Sən şərin qabağında
Nər kimi duran şəhər.
Ürəyimin nisgili,
Düyünü, dağı, Şuşa.
Həsrətimin ocağı,
Üzümün ağı, Şuşa.
Yuxularda gəzmişəm 
Dağ səni, dərə səni,
Çapmışam, yüyürmüşəm
Belədən belə səni.
Çiçəyindən dərmişəm,
Bulağından içmişəm,
Dolağından keçmişəm,
Tapmışam, itirmişəm, 
Bağışla məni, Şuşa,
Görüşə gecikmişəm.
Düşmənlərin başına
Daş olub yağan şəhər,
Xan şəhər, ağam şəhər.
Şəhidlərin gözüylə
Dünyaya baxan şəhər.
Bir ana duasında,
Bir gəlin həyasında,
Bir payız havasında
Təzədən doğan şəhər.
Sən azadsan, mən azad,
Gözümüz aydın, Şuşam,
Salam, günaydın, Şuşam!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar