Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sentyabr təxribatı: Ermənistanın reallığı dəyişdirmək cəhdi – Növbəti ağır məğlubiyyəti

Tarix: 14-09-2023 19:56     Baxış: 3199 A- / A+



2022-ci il sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində erməni tərəfi növbəti təxribata əl atdı. Başlanan bu gərginlik Ermənistanın revanşist siyasətinin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdinin nəticəsi idi. Bununla bağlı 2022-ci ilin sentyabrın 13-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı Silahlı Qüvvələrinin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirdi. 
Dövlətimizin başçısı yaranmış gərginliyin məsuliyyətinin tam şəkildə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirdi. II Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan prosesləri öz xeyrinə dəyişməyə çalışırdı. Erməni tərəfi 44 günlük müharibədən sonrakı dövrdə beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya apararaq sülh danışıqlarını, kommunikasiyaların açılmasını, ümumilikdə regionda təhlükəsizliyini təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları sabotaj edirdi.
Bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasından boyun qaçırırdı: “Bu ölkədə mövcud olan revanşist ab-hava qızışdırılır, “torpaqların qaytarılması”, “Qarabağın müstəqilliyinin təmin edilməsi” və s iddialar süni şəkildə stimullaşdırılırdı. Həmçinin Ermənistan hakimiyyəti ordunu bərpa etmək, müxtəlif ölkələrdən silah alınması və ordunun təchizat məsələlərinin həlli istiqamətində iş aparırdı. Paralel olaraq Qarabağa hərbçilər və silah göndərilir, orada yeni müqavimət nöqtəsi yaradılmasına cəhdlər olunurdu. Bu məqsədlə Ermənistan Azərbaycanla sərhəddə yeni hərbi obyektlər yaratmağa, Kəlbəcər və Laçın istiqamətində gələcək hücum üçün plasdarm formalaşdırmağa cəhd edirdi”.
Millət vəkili hesab edir ki, faktiki olaraq sentyabrın 12-13-də baş verən hadisələr 2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində Tovuz rayonu istiqamətində Ermənistanın növbəti təxribatı nəticəsində baş verən qarşıdurma ilə analogiya təşkil edir: “Azərbaycan növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına məruz qalaraq cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı. Eyni zamanda Ermənistanın növbəti avantürası bir daha göstərdi ki, regionda formalaşmış yeni reallığın dəyişdirilməsi isitqamətində atılan istənilən addım bu ölkə üçün yeni faciələrə səbəb olacaq. Məhz 2022-ci ilin sentyabr döyüşlərində Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu, Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektlər darmadağın edildi. Azərbaycan Ordusu həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürdü”.
Deputat bildirib ki, Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha aydın göründü: “Azərbaycan Ordusu cəmi 7 saat davam edən unikal cavab əməliyyatı gerçəkləşdirməklə Ermənistanın uzun müddətdir qurduğu planları alt-üst etdi. Ermənistanın təxribatı nəticəsində həlak olmuş əsgər və zabitlərimiz öz canlarını doğma torpağımızın müdafiəsi, düşmənin yeni təcavüz planlara imkan verməmək üçün qurban verdilər. Onlar öz qəhrəmanlığını, igidliyini, şücaətini bir daha düşmənə və bütün dünyaya nümayiş etdirdilər. Azərbaycan əsgəri bir daha göstərdi ki, Vətəninə qarşı istənilən addımın, təxribatın qarşısını almaq iqtidarındadır”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar