Xəbər lenti
Hazırlıq başladı – “Sülhməramlılar Qarabağdan çıxacaq”
“İlin axırına qədər Azərbaycan ərazisində erməni separatizminə son qoyulacaq”.
Manevr.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert hesab edir ki, Moskva Qarabağla bağlı Bakının gündəliyini qəbul etmək məcburiyyətində qaldı:
“Ağdam-Xankəndi yolunun açılmasına da bu prizmadan baxmaq lazımdır. Artıq Rusiya tərəfi də qeyd edir ki, “status” olmayacaq. Ermənistan Baş naziri Paşinyan Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Rusiya 2025-ci ildə, bəlkə də daha tez Qarabağdakı sülhməramlılarını çıxarmalı olacaq. Zənnimcə, hazırda gedən hazırlıq, Rusiyadan verilən son bəyanatlar da bununla bağlıdır. Putin son açıqlamasında məsuliyyəti onun üstünə atmaq istəyən Paşinyana bildirdi ki, Qarabağı Azərbaycan ərazisi kimi tanıyan odur. Lavrov isə bununla Qarabağ məsələsinin bağlandığını söyləmişdi. Hesab etmək olar ki, Rusiya da reallığı dərk edir, ən azı indiki durumda Qarabağdan çıxmaqdan başqa yolun qalmadığını anlayır.
Biz heç kimə arxayın deyilik və olmamalıyıq, Xankəndi və ətrafında suverenliyimizi və nəzarətimizi bərpa etməliyik. Bizə kimsə mane olmur, olmayacaq.
Rusiya oxun yaydan çıxdığını, prosesin geridönməz xarakter aldığını anlayır. İndi Azərbaycanın əli hər tərəfdən güclüdür, bunu hər an praktikada tətbiq edə bilərik. Bakı prosesi uğurla aparır, güzəştə yerimiz yoxdur.
Separatizm üzərindən Azərbaycana qarşı qurulan təhlükəli planlara vurulan öldürücü zərbələrdən biri Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması oldu. Bu, Ermənistan və separatçılarla yanaşı, Rusiyanın da planlarını pozdu. Moskva Laçın yolundakı əvvəlki rejimin davamı üçün çox çalışdı, amma nəticəsiz qaldı. Eyni zamanda, ruslar “status məsələsi”ni gələcəyə saxlamaq istəyirdilər, amma separatizmə nəfəslik verən Laçın yolunda sərhəd məntəqəsinin qurulması bu dəliyi də qapadı. Artıq hər kəs Qarabağda separatizmin davam etməsinin heç bir perspektivinin olmadığını dərk edir”.
Məhəmməd Əsədullazadə reinteqrasiya prosesinin önündəki əngəllərin bir-bir aradan qalxdığını söyləyib:
“Bir müddətdən sonra Qarabağın erməni sakinləri ilə dialoq da başlayacaq. Xankəndidəki qondarma rejim buraxılacaq, həmçinin silahlı erməni birləşmələri tərksilah ediləcək. Artıq geriyə yol yoxdur”.teleqraf.com
Manevr.az
Manevr.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert hesab edir ki, Moskva Qarabağla bağlı Bakının gündəliyini qəbul etmək məcburiyyətində qaldı:
“Ağdam-Xankəndi yolunun açılmasına da bu prizmadan baxmaq lazımdır. Artıq Rusiya tərəfi də qeyd edir ki, “status” olmayacaq. Ermənistan Baş naziri Paşinyan Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Rusiya 2025-ci ildə, bəlkə də daha tez Qarabağdakı sülhməramlılarını çıxarmalı olacaq. Zənnimcə, hazırda gedən hazırlıq, Rusiyadan verilən son bəyanatlar da bununla bağlıdır. Putin son açıqlamasında məsuliyyəti onun üstünə atmaq istəyən Paşinyana bildirdi ki, Qarabağı Azərbaycan ərazisi kimi tanıyan odur. Lavrov isə bununla Qarabağ məsələsinin bağlandığını söyləmişdi. Hesab etmək olar ki, Rusiya da reallığı dərk edir, ən azı indiki durumda Qarabağdan çıxmaqdan başqa yolun qalmadığını anlayır.
Biz heç kimə arxayın deyilik və olmamalıyıq, Xankəndi və ətrafında suverenliyimizi və nəzarətimizi bərpa etməliyik. Bizə kimsə mane olmur, olmayacaq.
Separatizm üzərindən Azərbaycana qarşı qurulan təhlükəli planlara vurulan öldürücü zərbələrdən biri Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması oldu. Bu, Ermənistan və separatçılarla yanaşı, Rusiyanın da planlarını pozdu. Moskva Laçın yolundakı əvvəlki rejimin davamı üçün çox çalışdı, amma nəticəsiz qaldı. Eyni zamanda, ruslar “status məsələsi”ni gələcəyə saxlamaq istəyirdilər, amma separatizmə nəfəslik verən Laçın yolunda sərhəd məntəqəsinin qurulması bu dəliyi də qapadı. Artıq hər kəs Qarabağda separatizmin davam etməsinin heç bir perspektivinin olmadığını dərk edir”.
Məhəmməd Əsədullazadə reinteqrasiya prosesinin önündəki əngəllərin bir-bir aradan qalxdığını söyləyib:
“Bir müddətdən sonra Qarabağın erməni sakinləri ilə dialoq da başlayacaq. Xankəndidəki qondarma rejim buraxılacaq, həmçinin silahlı erməni birləşmələri tərksilah ediləcək. Artıq geriyə yol yoxdur”.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar