Xəbər lenti
Rusiyanın Qarabağ ermənilərinə göndərdiyi yardım 3 gündür Bərdədə gözləyir
Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq dolu yük avtomobilinin Xankəndiyə keçidi hələ də gecikir. Ərzaq dolu yük avtomobili ötən gün Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməniəsilli sakinlərə çatmalı idi.Artıq 2-ci gündür ki, ərzaq dolu yük avtomobili Bərdə şəhərində gözləyir. Keçidin ləngiməsinə səbəb kimi Qarabağdakı separatçıların növbəti qeyri-konstruktiv mövqeyi göstərilir. Digər məlumata görə, Beynəlxalq Qızı Xaç Komitəsi və Qərbin Rusiya Qızıl Xaç Cəmiyyətinə təzyiqi nəticəsində belə vəziyyət yaranıb.
Eyni zamanda, əldə etdiyimiz məlumata görə, Laçın sərhəd-buraxılış məntəqəsinin yaxınlığında Ermənistan ərazisində Beynəlxalq Qızıl Xaç Komitəsinin bir TIR-ı gözləmədədir. Baxmayaraq ki, Azərbaycan tərəfi onun sərhəddən keçidini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə təmin etməyə hazırdır, Qarabağ separatçıları bu yükü də qəbul etmək istəmirlər. Çünki bu halda Beynəlxalq Qızıl Xaç Komitəsinin bir TIR-ı paralel olaraq həm də Ağdam yolundan Əsgəran istiqamətinə daxil olmalıdır, separatçılar isə bundan imtina edirlər.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































