Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Geriyə yol yoxdur, İrəvan cəzalanacaq - Verdiyev

Tarix: 08-09-2023 11:53     Baxış: 3144 A- / A+


 
Ermənistan dövləti başına gələn bu qədər fəlakətlərə baxmayaraq, yenə də Azərbaycana qarşı ərazi iddialarından əl çəkmir və orduya uzunmüddətli fortifikasiya qurğuların qurulması, səngərlərin qazılması ilə bağlı göstərişlər verilir. Eyni zamanda bənzər təxribatlar rus sülhməramlılarının məsuliyyət bölgəsində də baş verir.
Manevr.az xəbər verir ki, bu sözləri Axar.az-a Ermənistanın son günlər sərhədə qoşun toplaması, eyni zamanda separatçılarla koordinasiyalı şəkildə törətdiyi təxribatlar barəsində danışan hərbi ekspert Ədalət Verdiyev deyib.
Hərbi ekspert artıq geriyə yol olmadığını, Ermənistanın çox ciddi şəkildə cəzalandırılacağını vurğulayıb:
“Eyni zamanda qarşı tərəf ölkəmizin ərazi bütövlüyünü təhdid edərək humanitar yardım məzhəkəsini davam etdirir. Bununla yanaşı, Ermənistan Qarabağdakı separatçıların əli ilə radioelektron vasitələrdən istifadə yoluyla həm Azərbaycanın, həm də ölkəmizə gələn və hava sahəmizdən keçən xarici ölkələrin mülki aviasiya təyyarələrinə qarşı hücumlar edir. Rəsmi İrəvan son 30 ildə törətdiyi vəhşiliklərdən utanmaq yerinə, son günlərdə törətdiyi təxribatlarda da Bakını günahlandırmağa çalışır. Proses artan istiqamətdə hərbi və siyasi təxribatlarla müşayiət olunur. Azərbaycanın da səbrinin bir həddi var, o, sonsuz deyil. Ermənistan isə dövlətimizin səbir kasasını daşdırmaq üçün həddindən ziyadə çalışır və özü "Dəmir yumruğa" "gəl-gəl" deyir. Baş verənlər onu göstərir ki, artıq geriyə demək olar ki, yol qalmır. Əgər Ermənistan qısa müddət ərzində öz pozucu fəaliyyətində korrektələr etməsə, ölkəmizə qarşı gərginliyi artıran addımlara son qoymasa, çox ciddi şəkildə cəzalandırılacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar