Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Polkovnikdən hərbi vəzifəlilərin təliminə reaksiya: “Toqquşma qaçılmazdır!”

Tarix: 05-09-2023 19:40     Baxış: 3163 A- / A+

“Qarabağda və sərhəddə baş verən erməni təxribatları nəticəsində müharibə olmasa da, lokal xarakterli toqquşmalar qaçılmazdır. Çünki Ermənistanın son hərəkətləri, Baş nazir Nikol Paşinyanın Qarabağ separatçılarını təbrik etməsi, onların hansısa revanşist arzularının həyata keçirilməsində İrəvanın yanlarında olması və digər hərəkətləri Azərbaycana başqa çıxış yolu qoymur”. 
Manevr.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Hərbi ekspert Müdafiə Nazirliyi tərəfindən hərbi vəzifəlilərin təlim toplanışına çağırılması haqqında səslənən fikirlərə münasibət bildirib.
“O ki qaldı Azərbaycan Müdafiə Nazirliyinin hərbi vəzifəliləri təlim toplanışına cəlb etməsinə, fikrimcə, bu cür toplanışlar ilin 12 ayı ərzində keçirilməlidir. Doğrudur, bəzi hallarda bu, keçirilmir, lakin bu məsələ nə dərəcədə aktiv döyüş əməliyyatları, yaxud lokal əməliyyatların keçirilməsi ilə bağlıdır, onu deyə bilmərəm. Amma Müdafiə Nazirliyi lazım olanda sifarişləri verir və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Müdafiə Nazirliyini lazım olan şəxsi heyətlə təmin edir”, – müsahibimiz söyləyib.
Polkovnik əlavə edib ki, sosial şəbəkələr bu məsələlərdə diqqətli olmalıdır:
“Dünən mən də gördüm ki, sosial şəbəkələrdə Azərbaycan hərbçilərinin yerdəyişməsinin görüntülərini paylaşırlar. Hesab edirəm ki, Respublika Baş Prokurorluğu bu məsələlərə ciddi müdaxilə etməli, heç kim belə görüntlüəri paylaşmasına imkan verilməməli və insanlar məsuliyyətini dərk etməlidir”.
“Toplanışlara gəldikdə isə hər kəs zaman-zaman bu təlimlərə qısamüddətli cəlb olunmalıdır ki, vətənin müdafiəsinə daim hazır olsun. Yəni əsgər avtomatı əlində tuta bilsin, rabitəçi öz biliklərini təkrarlasın, tibb işçisi biliyini yeniləsin, silahla necə davranmasını daim təkmilləşdirsin.
Bu toplanışların son hadisələrlə əlaqədar bağlılığı isə həm var, həm də yoxdur. Yəni, bir tərəfdən, düşmən çox ciddi təxribatlar həyata keçirir, digər tərəfdən isə Müdafiə Nazirliyinin keçirdiyi təlimlərdə bir sıra mütəxəssislərin iştirakı lazımdır ki, sabahkı fors-major vəziyyətlərdə onların gücündən istifadə olunsun”, – Ü.Cəfərov fikirlərini tamamlayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar