Xəbər lenti
Ordumuz ermənilərin cavabını belə verəcək - Polkovnik
Mütəmadi olaraq Ermənistan sərhəddə atəşkəsi pozur, təxribata əl atır. Hazırda ermənilər həmişə olduğu kimi məhz təxribat üsulundan istifadə edirlər. Kəlbəcər rayonunda şərti sərhəddə atəşkəs pozulub. Bu, orada gərgin vəziyyəti saxlamaqla, prosesə əlavə oyunçuları və burada maraqlı olan qüvvələri aktivləşdirmək üçün atılan addımdır.Manevr.az xəbər verir ki, bu sözləri teleqraf.com-a hərbi ekspert Şair Ramaldanov deyib.
Onun sözlərinə görə, Azərbaycan dövləti bununla bağlı Müdafiə Nazirliyi tərəfindən lazım olan adekvat cavab tədbirləri görür:
"Ermənistana lazımi mesaj verilib. Ordumuz yaranmış şərti sərhəddə öz vəzifələrini layiqincə yerinə yetirirlər. Qarşı tərəfin anbaan addımları izlənilir və təhlil nəticəsində əlavə tədbirlər görülür. Atıcı silahdan atacaqlar, atıcı silahdan tutarlı cavab alacaqlar. Nə etsələr beş qat cavablarını verəcəyik. Atəş rejimi müharibənin bitməsi demək deyil. Sülh müqaviləsi bağlamamışıq, ona görə müharibə şəraitindəyik. Müharibənin aktiv və passiv fazası var. Atəşkəsi passiv fazası kimi qəbul etmək olar.
Əgər hansısa irimiqyaslı formaya keçərsə təbii ki, aktivləşə bilər. 1-ci Qarabağ müharibəsindən sonra düşmənin son təxribatı Azərbaycanı əks-hücum keçirməyə vadar etdi".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























