Sizin Reklam Burada
Xəbər lenti
07-09-2025
06-09-2025
BÜTÜN XƏBƏRLƏR

Xankəndi yolunda müzakirə: ermənilər azərbaycanlılara deyir ki…

Tarix: 31-08-2023 20:13     Baxış: 3403 A- / A+


“Hazırda Ağdam şəhərindəyəm. Qeyd edim ki, iki gündür gətirdiyimiz ərzaq yardımı gözləmədədir”.
Bu sözləri Globalinfo.az-a açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov deyib.
O bildirib ki, Qızıl Aypara Cəmiyyətinin işçiləri, könüllülər yükü təhvil vermək üçün Ağdam-Xankəndi yolundadırlar:
“Hazırda təhvilvermə mexanizmləri müzakirə olunur. Bir neçə variantımız var, amma nəticə yoxdur. Bunun səbəbi də odur ki, Xankəndidəki ermənilər razılıq vermək istəmir və ya hər hansı bir merkantil prinsiplər üzərində fikir söyləyirlər. Hesab edirəm, biz öz işimizə davam edəcəyik və missiyamızı yerinə yetirmək əzmindəyik.
Biz Ağdam-Xankəndi yoluna xoş niyyətlə, humanizm məramı ilə gəlmişik. Bizi nə qədər tez anlasalar, onlar üçün o qədər yaxşı olar. Biz yardım əlimizi uzadırıq. Onlar yardımımızı qəbul etmək istəmirlərsə, bu artıq onların günahıdır”.
N.Aslanov deyib ki, ərzaq yardımını qəbul etməyən ermənilər özlərini pis vəziyyətə salırlar:
“Çünki bütün dünya birliyi bu prosesi görür. Bundan böyük rəzalət nə ola bilər?! Bir halda ki Qızıl Aypara Cəmiyyəti yardım gətirir, onlar da bundan imtina edirlər… İndi çıxıb beynəlxalq aləmə imtina səbəblərini desinlər.
Əgər sənin doğrudan da ehtiyacın varsa, niyə gətirdiyimiz yardımı qəbul etmirsən?! Yox, ehtiyacın yoxdursa, o zaman hansı səbəbdən manipulyasiya edirsən? Azərbaycan Qızıl Aypara Cəmiyyəti respublikada heç bir siyasi proseslərə qoşulmayan təşkilatdır, Beynəlxalq Qızıl Xaç Komitəsinin tərkib hissəsi olaraq oradayıq. Ən azından neytral təşkilat olduğumuz üçün yardımlaırmızı qəbul edə bilərdilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar