Sizin Reklam Burada
Xəbər lenti
17-09-2026
16-09-2026
BÜTÜN XƏBƏRLƏR

Araikin istefasının pərdəarxası: Xankəndidə hansı oyun qurulur?

Tarix: 31-08-2023 14:51     Baxış: 3477 A- / A+

Ağdam yolundan daşımaların gündəmə gəlməsindən sonra separatçılar arasında kəskinləşən qarşıdurmada Araik Arutyunyana həm “siyasi qüvvələr”, həm də “rejim daxilində” təzyiqlər edilirdi. Samvel Babayan Ağdam yolunun açılmasını dəstəkləyir, Ruben Vardanyan qarşı çıxır, eyni zamanda, separatçı rejimin özündə də bu məsələni dəstəkləyən və qarşı çıxanlar var. Araikin “istefası” məsuliyyəti üzərindən atmaq kimi görünür.
Lakin burada əsas məqam Azərbaycanla kimin danışıqlar aparması məsələsidir.

Araik “istefa”dan öncə qondarma “dövlət naziri” Qurgen Nersisyanın yerinə Samvel Şahramanyanı gətirdi və ona geniş “səlahiyyətlər” verməklə separatçıların faktiki yeni “rəhbəri” etdi. Şahramanyan martın 1-də Xocalıda keçirilən görüşdə Qarabağdakı ermənilərin “nümayəndəsi” kimi iştirak etmişdi.
Ağdam yolunun açılması gündəmdə olduğu vaxt Bakının erməni əhalisi ilə təmasları da aktuallaşıb və Araikin “istefası”, yerinə Şahramanyanın gətirilməsi də bununla bağlıdır. Və burada Rusiya izi aydın görünür. Xocalı görüşündə iştirak etmiş Şahramanyanın timsalında separatçıları erməni əhalisinin “təmsilçisi” olaraq qəbul etdirmək istəyirlər.

Asif NərimanlıManevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar