Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

Növbəti erməni fırıldağı: Xankəndiyə göndərilən unun köhnə olması yalandı

Tarix: 30-08-2023 14:07     Baxış: 3349 A- / A+


Xankəndiyə göndərilən unun köhnə olması barədə iddialar ƏSASSIZDIR
Bakıdan Xankəndiyə göndərilən 40 ton un məmulatının köhnə və keyfiyyətsiz olması barədə erməni tərəfinin iddiaları əsassızdır.
Manevr.az xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Elşən Səlimzadə humanitar yükün gözlədiyi ərazidə xarici media qurumlarının əməkdaşlarına deyib.
 
O bildirib ki, hər birində 20 ton un olmaqla 2 yük maşınına yüklənmiş un 28 avqust 2023-cü ildə istehsal edilib.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Un yüklü iki avtomobil dünəndən Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.
 
Humanitar yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.
 
"Bloomberg", "BBC", "Getty İmage" və digər media qurumlarının əməkdaşları Bakıdan Xankəndiyə göndərilən humanitar yüklə bağlı vəziyyəti öyrənmək üçün humanitar yükün gözlədiyi əraziyə gəliblər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar