Sizin Reklam Burada
Xəbər lenti
07-09-2025
06-09-2025
BÜTÜN XƏBƏRLƏR

Separatçılar Xankəndiyə girən Azərbaycan TIR-larını yandıracaqlar - FOTOFAKT

Tarix: 29-08-2023 16:13     Baxış: 3370 A- / A+
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Xankəndinə 40 ton undan ibarət humanitar yardım göndərib. Humanitar yardımın yükləndiyi TIR-lar yükün erməni əhalisinə çatdırılması üçün Ağdam yolunda gözləyəcək.

Manevr.az xəbər verir ki, erməni əhalisini girov saxlayan separatçılar Bakının göndərdiyi humanitar yardımdan imtina edib. Onlar yardımın ancaq Laçın yolundan daşına biləcəyini deyir, bununla da məqsədlərinin əhalinin təminatı yox, siyasi manipulyasiya olduğunu etiraf edirlər.
Azərbaycan yardımın yükləndiyi TIR-ları Ağdam yoluna göndərməklə həm erməni əhalisinə çıxış yolunu təqdim edir, həm də beynəlxalq müstəvidə aparılan Qarabağda “humanitar fəlakət” iddialarını çürüdür. İstisna deyil ki, erməni əhalisi arasında Azərbaycanın yardımlarını qəbul etmək istəyənlər olacaq. Separatçıları qorxuya salan əsas məqam da budur. Bu baxımdan, onların yardım TIR-larına qarşı təxribat törədə biləcəyi ehtimalı var. Müəyyən çağırışlar da bu ehtimal gücləndirir.

Qarabağda separatizmi dəstəkləyən ermənilər Azərbaycan TIR-larını yandıracaqları ilə təhdid edirlər. Erməni istifadəçilər sosial şəbəkələrdə belə yazırlar: “Türk (Azərbaycan) çörəyinə ehtiyacımız yoxdur, Xankəndiyə girsə, bu maşınları məhv edəcəyik”.

Bu bir daha təsdiq edir ki, Qarabağda “çörək yoxdur” iddiaları iddiadan başqa bir şey deyil, çünki həqiqətən də ərzaq problemi ciddi olsaydı, onlar üçün yardımın haradan gəlməsinin fərqi olmamalıdır. Separatçılar öz mövcudluqlarını qorumaq üçün bütün yollara əl atır. Azərbaycan TIR-larına qarşı təxribat törədilərsə, bu, Bakıya imkan verəcək ki, “humanitar fəlakət” iddialarının yalan olduğu faktını beynəlxalq müstəviyə çıxarsın.publika.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar