Sizin Reklam Burada
Xəbər lenti
20-11-2025
19-11-2025
18-11-2025
BÜTÜN XƏBƏRLƏR

Laçında Uşaq İncəsənət Festivalının yay düşərgəsi keçirildi

Tarix: 27-08-2023 14:55     Baxış: 3346 A- / A+
"Laçın Şəhəri Günü" tədbirləri çərçivəsində Həkəri çayının sahilində, bulvar ərazisində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, “BP Azerbaijan” şirkətinin baş sponsoru olduğu Uşaq İncəsənət Festivalının yay düşərgəsi keçirilib.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, düşərgədə xalq çalğı alətləri, rəssamlıq, bədii qiraət, xanəndəlik sənəti, aşıq sənəti, solo milli rəqs və s. nominasiyalar üzrə festivalın finalına vəsiqə qazanan 60-a yaxın uşaq iştirak edib.
Düşərgə müddətində uşaqlar üçün maraqlı və əyləncəli oyunlar, fləşmob keçirilib. Xalq artistləri, xanəndə Gülyanaq Məmmədova, tarzən Elçin Həşimov, Əməkdar artistlər, rəqqasə Eteri Cəfərova, müğənni Anar Hüseynli, Əməkdar müəllim, professor Hökümə Əliyeva, müğənni Elnarə Xəlilova, aşıq Əli Quliyev, bədii qiraət ustası Xəzər Süleymanlı və başqaları tərəfindən ustad dərsləri təşkil edilib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə 26-27 avqust tarixlərində Laçında şəhər günü tədbirləri keçirilir.publika.az

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar