Sizin Reklam Burada
Xəbər lenti
07-09-2025
06-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistan regionda qəsdən gərginlik yaradır - Politoloq

Tarix: 21-08-2023 12:54     Baxış: 4274 A- / A+


Yaxın gələcəkdə Avropa meydanlarında Azərbaycan-Ermənistan danışıqlarının yeni raundunun baş tutacağı barədə planlar var.
Manevr.az bildirir ki, bunu politoloq İlqar Vəlizadə trend-in suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, bu raund əsasında yeni gündəlik tərtib olunacaq və Azərbaycan çalışacaq ki, bu gündəlik çərçivəsində bütün aktual məsələlər həll olunsun. Ancaq Ermənistan bunu istəmir.
"Aktual məsələlər ondan ibarətdir ki, Azərbaycan öz ərazilərində öz suverenliyini bərpa edir, ərazimizdə yaşayan ermənilərlə reinteqrasiya prosesini inkişaf etdirir, Ermənistanən iştirakı ilə delimitasiya, demarkasiya həyata keçirməyə başlayır və Zəngəzur dəhlizi açılır.
Bütün gündəlikdə olan məsələlər aktualdır və yeni regional gündəmi tərtib edir. Lakin Ermənistan bütün bunlardan boyun qaçırır. Təxribatlara əl atmaqla bu prosesləri ləngidir. Təxribatların əsas məqsədi odur ki, yeni hərbi-siyasi vəziyyət yaransın, regionda gərginlik olsun və onlar vəziyyətdən istifadə edərək, xarici havadarlarını regiona cəlb etsinlər, ölkəmizə təzyiqlər artsın.
Bu, çox təhlükəli proseslərdir və Ermənistan alovla oynayır. Bunu birmənalı olaraq hamı anlamalıdır ki, Azərbaycan belə oyunlara dözməyəcək və adekvat reaksiya verəcək. Bu reaksiyaların nəticəsi Ermənistanın üzərinə düşür", - deyə İ.Vəlizadə bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar