Xəbər lenti
Korotçenko: “Ermənistanın siyasi tamaşa oynamaq cəhdləri uğursuzluğa məhkumdur”
“Ermənilərin Qarabağda qondarma “humanitar böhran” ilə bağlı bəyanatları tamamilə sünidir və siyasiləşdirilib”.
Manevr.az-ın “Report”a istinadən məlumatına görə, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib.
Ekspert qeyd edib ki, Azərbaycan tərəfi humanitar yüklərin tədarükü və çatdırılmasını təmin etmək üçün Ağdam-Xankəndi yolunu təklif edib:
“Moskvada Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirlərinin iştirakı ilə keçirilən danışıqlarda bu təklif bəyənilib. Üstəlik, Qarabağ erməniləri ilə Azərbaycanın rəsmi hakimiyyət orqanlarının nümayəndələri arasında görüşün keçirilməsi razılaşdırılıb. Lakin separatçılar İrəvanın dəstəyi ilə əldə olunan bütün razılaşmaları ləğv edib və pozublar. Bundan əlavə, Laçın yolunun açılmasını tələb edən və faktiki olaraq ultimatum irəli sürən separatçılar Ağdam-Xankəndi avtomobil yoluna beton bloklar düzərək bu yolboyu yüklərin daşınması imkanını tamamilə əngəlləyiblər”.
Politoloqun fikrincə, Ermənistanın Laçın yolundakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət etməsi İrəvanın özünü qurban kimi göstərmək cəhdlərinə dəlalət edir və bu, heç nəyə gətirib çıxarmayacaq:
“Yalnız Azərbaycan tərəfinin irəli sürdüyü və Moskvada üçtərəfli görüşdə nəzərdən keçirilən təkliflər mövcud vəziyyətə real alternativ ola bilər”.
“Ermənistanın bu siyasi tamaşanı oynamaq cəhdləri uğursuzluğa məhkumdur, beynəlxalq erməni lobbisinin heç bir səyi bu vəziyyəti dəyişə bilməz”, - İ.Korotçenko sonda vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar