Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bir qrup hərbi qulluqçu mükafatlandırıldı - ŞƏKİL/VİDEO

Tarix: 12-08-2023 12:50     Baxış: 4240 A- / A+
Bir qrup hərbi qulluqçu mükafatlandırıldı - FOTO/VİDEO
Quru Qoşunlarının 2023-cü tədris ilinin hazırlıq planına əsasən hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib. 
 
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
 
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
 
Yarışlara cəlb edilən komandalar kompas və xəritədən istifadə etməklə ərazidə səmti müəyyən etmək üzrə bacarıqlarını sınayıblar. Təyin olunmuş məsafə və vaxt ərzində nəzarət nöqtələrinin müəyyənləşdirilməsi, xəritə üzərində hədəflərin aşkar edilməsi üzrə tapşırıqların icrası zamanı iştirakçılar fəallıq göstəriblər. Həmçinin hərbi qulluqçular fərdi birincilik uğrunda da mübarizə aparıblar.
 
Sonda Quru Qoşunlarının hakimlər komissiyasının üzvləri yarışın yekun nəticələrinə əsasən qalibləri müəyyən ediblər.

Hakimlərin qərarına əsasən “Hadrut” yığma komandası qalib gələrək yarışın kubokunu qazanıb. “Bakı” və “Kəlbəcər” komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar. Qaliblər fəxri fərman, kubok və medallarla mükafatlandırılıblar.
 
Qeyd edək ki, səkkiz komanda üzrə 32 hərbi qulluqçunun iştirak etdiyi yarışda fərdi olaraq ən yaxşı nəticə əldə etmiş iştirakçılar Azərbaycan Ordusunda keçiriləcək səmti müəyyənetmə birinciliyində Quru Qoşunlarını təmsil edəcəklər.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar