Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Qarabağ ermənilərinin "blokada" iddiaları ifşa edildi

Tarix: 08-08-2023 21:43     Baxış: 3341 A- / A+

Ermənistan bilərəkdən beynəlxalq ictimaiyyətin düşüncəsini manipulyasiya etməyə çalışır və Azərbaycan ərazisində qanunsuz fəaliyyəti davam etdirməyə çalışır.
Manevr.az xəbər verir ki, bunu Azərbaycan-Norveç əlaqələri üzrə məsələlərlə məşğul olan "Cultural bridge builder organization" (CAN) təşkilatının sədri Şərvin Nəcəfpur deyib.
"Azərbaycanı yalandan Qarabağda yaşayan erməniləri bütün dünyadan "təcrid etməkdə", guya ərzaq, su, dərman vasitələri, yanacaq və elektrik enerjisinə çıxışdan məhrum etməkdə ittiham edirlər. Halbuki Azərbaycan Qarabağdakı ermənilərin bütün ehtiyaclarını qarşılamağa hazırdır və onlara Ağdam-Xankəndi yolunu təklif edir", - deyə o vurğulayıb.
Qarabağda yaşayan ermənilərin sosial şəbəkələrdə yerləşdirdikləri kadrlar Xankəndidəki insanların fəal ictimai həyat tərzi keçirdiklərini təsdiq edir. Bu isə Ermənistanın bilərəkdən beynəlxalq ictimai düşüncəni manipulyasiya etdiyini, "humanitar böhran" və "blokada" iddialarının sırf siyasi manipulyasiya olduğunu bir daha sübut edir.
Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Azərbaycan ərazisində Ermənistandan erməni hərbi birləşmələri üçün canlı qüvvə, hərbi sursat, mina, habelə hərbi təyinatlı digər vasitələrin qanunsuz daşınmasının qarşısını almaq və aprelin 22-də Ermənistan tərəfindən Azərbaycanla sərhəddə Laçın-Xankəndi yolunun girişində birtərəfli qaydada sərhəd buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazisində Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd buraxılış məntəqəsi təyin edilib.Trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar