Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Soros Fondunun Xankəndi ilə bağlı şok planı ortaya çıxdı - DETALLAR

Tarix: 03-08-2023 16:52     Baxış: 3282 A- / A+


Qarabağ üzərində Rusiya və Qərbin mübarizəsində Soros fondunun da aktiv iştirakına dair məlumatlar yayılır.

Manevr.az 
publika.az-a istinadən xəbər verir ki, Ermənistan mediası Soros Fondunun Qarabağa beynəlxalq sülhməramlıların daxil edilməsini, Rusiya sülhməramlılarının çıxarılması ilə bağlı kampaniyanı maliyyələşdirir.

Kampaniyanın əsas iştirakçıları arasında “Back to Dizak” (Dizağa qayıdış) və “Hanunu Hadrut” (Hadrut naminə) QHT-ləri də var.

“Back to Dizak”-ın rəhbəri Marqarita Karamyan və “Hanunu Hadrut”un rəhbəri Levon Hayriyan Ermənistanın baş naziri Nikol Paşinyanı beynəlxalq sülhməramlıların Qarabağa göndərilməsi tələbi ilə BMT Təhlükəsizlik Şurasında çıxış etməyə çağırıb. Onlar baş verənlərə görə Rusiya sülhməramlılarını günahlandırır və onların əvəzlənməsini tələb edir.

Ermənistan mediası yazır ki, “Back to Dizak” təşkilatı Qarabağdakı ermənilərin “hüquqlarının qorunması” adı altında Soros Fondundan 25 min dollar alıb. “Hanunu Hadrut” təşkilatının rəhbəri, Qarabağdakı separatçı “parlamentin” keçmiş qondarma “deputatı” Levon Hayryan isə ABŞ-ın Ermənistandakı səfirliyinin nümayəndələri ilə görüşüb, Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətini müzakirə edib.

Bu məlumat Qarabağ üzərindəki Rusiya-Qərb qarşıdurmasında Soros Fondunun da iştirak etdiyini təsdiq edir.
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar