Xəbər lenti
Gələn ay müharibə olacaq, 6 gün ərzində... - Erməniləri qorxuya salan xəbər
Manevr.az publika.az-a istinadən xəbər verir ki, erməni ekstrasens Arman Ayvazyanın son proqnozu da müzakirə mövzusuna çevrilib.
Ermənistan mediası iddia edir ki, A.Ayvazyan 44 günlük müharibə haqda öncədən xəbər verib. İndi isə erməni ekstrasens yeni müharibəni proqnozlaşdırır.
“Sentyabrda yenidən müharibə təhlükəsini görürəm, amma bu dəfə daha qısa olacaq, təxminən 5-6 gün çəkəcək. Azərbaycan nəhayət Laçın yolunu tamamilə nəzarətə götürəcək (?). Onlar (Azərbaycan) üçün sentyabr ayı uğurlu dövrdür, düzgün hesablamağı və addım atmağı bacarırlar”, - o deyib.
Əlavə edib ki, 2026-cı ilə qədər Ermənistanda hakimiyyət dəyişikliyi gözlənilmir.
Təkcə Laçın yolu ilə bağlı dedikləri erməni ekstrasensi ələ verir. Azərbaycan aprelin 23-də Laçın yolunda sərhəd-keçid məntəqəsi qurub və yolu nəzarətə götürüb. Bununla yanaşı, mövcud siyasi vəziyyətə baxdıqda hərbi toqquşma ehtimalı istisna edilməməlidir. Bir tərəfdən Qarabağdakı separatçılar getdikcə ciddi təhlükəyə çevrilir, digər tərəfdən, sözdə ərazi bütövlüyümüzü tanıdığını deyən Ermənistanın əməldə ərazi iddiaları davam edir.
Əgər ermənilər bu iddialarından əl çəkməsələr, hərbi eskalasiyanın baş verməsi qaçılmaz olacaq. Və bunun uzun müddət çəkməyəcəyi də bəllidir. Qarabağdakı qanunsuz silahlı dəstələri zərərsizləşdirmək üçün Azərbaycan ordusuna bir neçə gün kifayət edir, o cümlədən, təcrübəyə əsasən sərhəddə erməni təxribatına qarşı cavab tədbirlərinin də adətən bir neçə gün çəkə biləcəyini demək mümkündür.
Özünə ekstrasens deyən Arman Ayvazyanın bu fikirləri hara(sın)dan uydurduğu bəlli deyil.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar