Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistan rus qoşunlarını Zəngilana daxil etmək istəyib - Sirlər açılır

Tarix: 01-08-2023 16:24     Baxış: 4304 A- / A+

Hazırda həbsdə olan Ermənistanın keçmiş müdafiə naziri Davod Tonoyan 44 günlük müharibəni araşdıran istintaq komissiyasının iclasında iştirak edib.

Tonoyan müharibə vaxtı baş verənlərlə bağlı müəyyən detalları açıqlayıb.

Əsas diqqətçəkən məqamlardan biri Tonoyanın 2020-ci ilin 21-29 oktyabr tarixində Mehriyə gəlməsinin səbəbləridir.

Tonoyan bildirib ki, həmin vaxt Ermnistan sərhədindən 2-3 kilometr aralında (Zəngilan istiqamətində) xeyli yaralı var idi:
“Cənub bölgəsində xüsusi komandanlıq yaradılırdı. Müdafiə naziri kimi Mehridə görünməyim həm əhalini, həm hərbçiləri ruhlandırırdı. Mənim başqa bir funksiyam da var idi. Rusiya sərhəd qoşunları ilə əməkdaşlıq etmək. Rusiya sərhəd qoşunlarının bölməsi birbaşa döyüş əməliyyatının aparılması üçün strateji ərazidə yerləşirdi. Yerli vəziyyəti qiymətləndirəndən sonra baş nazir məni geri çağırdı”.

Tonoyanın bu açıqlaması Ermənistanın müharibə vaxtı Rusiya qoşunlarını Azərbaycana qarşı müharibəyə cəlb etmək niyyətinin etiraf edilməsidir. Müharibənin gedişi zamanı rəsmi İrəvanın belə niyyətləri haqda məlumatlar yayılırdı. Xüsusilə müharibənin sonlarına yaxın məğlubiyyətin qaçılmaz olduğunu anlayanda rus hərbçilərini prosesə daxil etməyə, bununla Rusiyanı Azərbaycana qarşı qoymağa çalışırdılar. Məlumatlara görə, Ermənistanın planı rus sərhədçilərinin Zəngilana müdaxilə etməsi və Azərbaycan ordusunun qarşısını almasına nail olmaq idi. Lakin Moskva bu təxribata getmədi.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar