Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sülhməramlıların Qarabağdan çıxarılması şərti – Nikol

Tarix: 25-07-2023 15:18     Baxış: 3193 A- / A+


   
Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsinin məqsədi var və bu, Rusiya Federal Məclisinin müvafiq qərarında öz əksini tapıb.
Manevr.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması şərtləri barədə danışarkən deyib.
“Orada deyilir ki, Rusiya prezidentinə əhalinin kütləvi ölümünün qarşısını almaq üçün sülhməramlılar göndərməyə icazə verilir. Bu, Rusiya Prezidentinin Federal Məclisə müraciətindəndir. Bu o deməkdir ki, sülhməramlılar Qarabağdan çəkilmək qərarına gəlsələr, deməli, orada belə bir təhlükə yoxdur. Əgər belə bir təhlükə varsa, onda Rusiya sülhməramlılarının geri çəkilməsi barədə qərarın necə verilə biləcəyini təsəvvür etmək çətindir”, - o bildirib.
Paşinyanın nöqteyi-nəzərindən geri çəkilmək qərarı Xankəndilə Bakı arasında “dialoq”un effektiv olduğunu ifadə etməlidir və tərəflər Rusiya sülhməramlılarına ehtiyac olmadığını bəyan etməlidirlər.
Baş nazir Qarabağdakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət etmək və BMT Məhkəməsinin tələblərini yerinə yetirmək imkanlarını şərh edərək, bunu mövcud vasitələrdən biri adlandırıb:
“Ermənistan bu istiqamətdə işləyir, Təhlükəsizlik Şurası ölkələri ilə əlaqə saxlayır. BMT Təhlükəsizlik Şurasına müraciət etməkdə heç bir çətinlik yoxdur. Problem qərarın qəbul edilib-edilməyəcəyi və onun necə bir qərar olacağıdır. Unutmaq olmaz ki, BMT Təhlükəsizlik Şurası siyasi qurumdur, müraciət hazırlanmalı və müzakirə olunmalıdır”.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar