Sizin Reklam Burada
Xəbər lenti
07-09-2025
06-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Türkiyə Qarabağda rus qoşunlarını məhv edəcək" - Rusiyalı ekspertdən ilginc MÜHARİBƏ PROQNOZU

Tarix: 17-07-2023 21:16     Baxış: 3218 A- / A+

“Gec-tez Rusiya Türkiyə ilə birbaşa hərbi toqquşmaya girməli olacaq”.
Manevr.az konkret.az-a istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın hərbi, dövlət və siyasi xadimi, publisist  İqor İvanoviç Strelkov – Qirkin Telegram kanalında yazıb.

O bidirib ki, döyüşlər Suriyada, Transqafqazda və Qara dənizdə aparılacaq. Ukrayna və Krımda ordumuza qarşı aparılan əməliyyatlarda türk hərbçilərinin böyük kontingentinin birbaşa iştirakı istisna edilmir.
“Birinci mərhələ Bosfor və Çanaqqalanın donanmamız üçün bağlanması və Suriyaya əlavə qüvvələr çatdıran təchizat gəmiləri olacaq. Bundan sonra Suriyada növbəti addımlar atılacaq. Belə ki, sursat və təchizatın tükənməsini gözlədikdən sonra Türkiyə qoşunları Suriyanın şimalında ekspedisiya gücümüzü və Suriya qoşunlarını tam məğlubiyyətə uğratmağa çalışacaq. Təchizatdan və əlavə qüvvələrdən kəsilmiş ekspedisiya korpusumuzun türk ordusunu məğlub etmək imkanı olmayacaq”, – deyə Strelkov bildirib.
Hərbi ekspert həmçinin Qarabağdakı Rusiya sülhməramlılarını da yaxşı sonluq gözləmədiyini deyib:
“Qarabağ və Ermənistandakı sülhməramlı kontingentimizin taleyi də eyni dərəcədə qibtəedilməzdir ki, onlar ermənilər tərəfindən darmadağın ediləcək  və ya sadəcə Türkiyə-Azərbaycan koalisiyası tərəfindən məhv edilərək əsir götürüləcək”, – deyə Strelkov fikrini yekunlaşdırıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar