Sizin Reklam Burada
Xəbər lenti
20-11-2025
19-11-2025
18-11-2025
BÜTÜN XƏBƏRLƏR

Xankəndidə bu tarixdə manat dövriyyəyə buraxılacaq

Tarix: 17-07-2023 10:35     Baxış: 4297 A- / A+
Ermənistan təhlükəsizlik şursının keçmiş katib David Şahnazaryan Qarabağla bağlı diqqətçəkən iddia irəli sürüb.

Manevr.az xəbər verir ki, Şahnazaryan Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə bağlı proqram hazırladığını iddia edir.

“Rəsmi Bakı Qarabağ və orada yaşayan erməni əhalisinin Azərbaycana tam inteqrasiyasını əhatə edən proqram hazırlayıb. Bu, “yol xəritəsidir”. Proqram 4 mərhələdən ibarətdir.

1. Sənədlərin Azərbaycan pasportu ilə dəyişdirilməsi, yəni ermənilərin pasportlaşdırılması;
2. Qarabağda Azərbaycan manatının dövriyyəyə buraxılması;
3. Qarabağdakı silahlıların tamamilə tərkisilah edilməsi və ləğv olunması;
4. Hakimiyyətin tamamilə Azərbaycan hökumətinə verilməsi”, - o iddiasında bildirib.

Qeyd edib ki, digər detalları açıqlamaq istəmir. Lakin əlavə edib ki, bu “yol xəritəsinin həyata keçirilməsi üçün 12 ay müddət nəzərdə tutulub, hər mərhələnin başa çatması 3 ay ərzində edilməlidir.

D.Şahnazaryan qeyd edib ki, Azərbaycanın bu proqramı Ermənistan hakimiyyətinə göndərdiyinə dair onda məlumat var.

“Bilirəm ki, Ermənistan hakimiyyəti də bu proqramı “artsax hakimiyyətinə” (separatçılar) verməlidir”, - o bildirib.publika.az

Manevr.az








Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar