Xəbər lenti
Aqil Məmmədov: "Böyük Qayıdışın artıq başlaması ölkəmizdəki inkişafın göstəricisidir”
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə etdiyi çıxışda verdiyi yeni məlumatlar ölkəmizin hərtərəfli inkişafını əks etdirir. Xüsusilə, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramının sürətlə həyata keçirilməsi bu inkişafı şərtləndirən əsas göstəricilərdəndir”.
Manevr.az bildirir ki, bu fikirləri Turkustan.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov Prezidentin məlum çıxışına münasibət bildirərkən söyləyib.
Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulduğunu xatırladan millət vəkili bildirib ki, ilin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar: “Birbaşa dövlət başçısının şəxsi nəzarəti altında aparılan ardıcıl iş sayəsində qayıdış proqramı uğurla davam etdirilir. Qeyd olunduğu kimi ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bəlkə də, çoxları inanmazdı ki, müharibədən çıxan ölkə bu qədər qısa vaxtda dağıdılmış, infrastrukturu tamamilə məhv edilmiş yaşayım məntəqələrini bu qədər qısa vaxtda dirçəldə bilər. Amma, Ağalı kəndindən sonra artıq Laçında aparılan işlər, böyük qayıdışa start verilməsi bunun əyani sübutudur”.
A.Məmmədov bildirib ki, deputatı olduğu Kəlbəcər rayonu ərazisində də böyük infrastruktur işləri həyata keçirilir: “Cənab Prezident Kəlbəcərə sonuncu səfəri zamanı yaşayış binalarının, məktəb binasının da əsasını qoydu. Hazırda, bu tikililərin təməl hissəsinin tikintisinə başlamaq üçün müəyyən işlər görülür. Eyni zamanda, yolların, tunellərin tikintisi intensiv şəkildə davam etdirilir. Bu gün kəlbəcərlilər də böyük inamla qayıdış günü gözləyir. Bütün bu işlər Azərbaycanın oz imkanları hesabına həyata keçirlir. Cənab Prezident çıxışında bu haqda bildirdi: “Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulur. Görülən bütün işlər Azərbaycanın hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir”.
Prezidentin “ Hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdır biz o qədər də ayıracağıq. Bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq” sözlərini xatırladan millət vəkilinin sözlərinə görə 44 günlük Vətən müharibəsindən qısa vaxt sonras Azərbaycan ordusunun itkiləri bərpa olunub: “Cənab Prezident bir neçə dəfə vurğulayıb ki, ordumuz indi hətta müharibədəki vəziyyətindən də güclüdür. Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz. Bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər. Heç kim bizim iradəmizə təsir edə bilməz. Bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi qoruya bilmişik və maraqlarımızı qoruya bilmişik. - Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir. Bundan sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir. İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar hələ başa çatmayıb, o cümlədən struktur islahatları. Biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq”.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar