Xəbər lenti
Ermənilərə Azərbaycan pasportu nə vaxt veriləcək?
Bəs Qarabağda yaşayan ermənilərə nə vaxt Azərbaycan pasportu veriləcək?
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov hazırda bu istiqamətdə işlərin getdiyini deyib.
"Dəfələrlə vətəndaşlıq mövzusuna toxunmuşuq. Bununla bağlı Prezident İlham Əliyevin mövqeyi və yanaşması var. Yanaşma bundan ibarətdir ki, ya ermənilər reinteqrasiya olunmalı, ya da Qarabağdan getməlidir. Yəni ermənilərin başqa bir variantı yoxdur. Biz görürük ki, Qarabağda yeni səngərlər qazılır, təxribatlar törədilir",- deyə o bildirib.
C.Məmmədovun fikrincə, cari ilin sonuna qədər bu məsələ yekunlaşacaq: "Təxribatlar Azərbaycanın mövqeyinə təsir göstərə bilməz. Hətta bildiyimiz kimi Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın ümidlərini növbəti dəfə puç etdi. Artıq bütün dünya bəyan edir ki, Ermənistan Qarabağın Azərbaycanın ərazisi olmasını anlamalıdır. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Hazırda bu istiqamətdə işlər aparılır, avtomobil və dəmir yolları çəkilir. Ermənilərlə bağlı bütün dövlət qurumlarının planları var. Mən düşünürəm ki, bu proses çox uzun çəkməyəcək. Hətta 2023-cü ilin sonuna qədər məsələnin həll olunacağın düşünürəm. Azərbaycan reinteqrasiya məsələsinin yekunlaşması üçün qərarlar qəbul edəcək. Biz bu proseslərin belə formada həllini gözləmək niyyətində deyilik. Azərbaycanın reinteqrasiya məsələsinin yekunlaşması üçün konkret hədəfləri var".
Deputat Fazil Mustafa is düşünür ki, hazırda ermənilərə Azərbaycan pasportu verilməsi gözlənilmir. O, fikirlərini belə əsaslandırıb:
"Çünki inteqrasiyanın şərtləri dəqiqləşdirilməlidir. Hər hansı bir şəkildə ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməklə bağlı istəkləri ortaya qoyulmalıdır. Onlar isə hələ ki revanşizm və terrorçuluqla məşğuldur. Bizim də bu istiqamətdə çağırışlarımız var. Doğrudur, onlar Laçın sərhəd-keçid məntəqəsindən gəlib gedirlər, ancaq bu, ermənilərin Azərbaycanın tabeliyinə keçdiyi mənasına gəlmir. Bu məsələ kökündən həll olunmalıdır, daha sonra Azərbaycan pasportu verilə bilər. Ölkəmiz yəqin ki, şərtləri bir az da sərtləşdirəcək. Bütün hallarda Azərbaycana qarşı olan addımlar dəyişməlidir, belə olmasa ciddi problemlər yaşayacaqlar", - deyə parlamentari vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar