Xəbər lenti
Laçın yolunda nə baş verib: Video niyə indi yayıldı?
Ermənistan mətbuatının yazdığına görə, rus sülhməramlıları Laçında Həkəri çayının üzərindəki körpüdə ucaldılan Azərbaycan bayrağının asıldığı dirəyi aşırıblar. Rusiya sülhməramlıları dəfələrlə öz fəaliyyətlərilə sülhə deyil, əksinə, qarşıdurmaya xidmət etdiklərini nümayiş etdiriblər.
Məsələ ondadır ki, yuxarıda qeyd edilən hadisə, bu ilin 15 iyununda qeydə alınıb. Həmin gün Laçın buraxılış keçid məntəqəsində insdent baş vermişdi. Ermənilər Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisinə atəş açmışdı. Nəticədə hərbçimiz yaralanmışdı. Lakin bayrağımızın asıldığı dirəyin aşırılması görüntüləri dünənə qədər qədər heç bir yerdə yayılmamışdı. Bu isə onu göstərir ki, kimlərsə həmin videonu indi yaymaqla hansısa məqsədlər güdür.
Laçın dəhlizinden yayılan videoları üstündən 3 həftə keçəndən sonra onları kim yayır və bununla nə məqsəd güdürlər?
Siyasi şərhşi Arif Əliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözügedən videonun yayılmasında İrəvan maraqlı ola bilər:
"Görünür, hansısa məsələdə Moskva Ermənistanın istəyinə uyğun hərəkət etməyib, ona cavab olaraq da İrəvan belə bir videonu yayıb. Rusiya adətən mövcud şəraitdən asılı olaraq bu gün birinə "yox” deyir, sabah isə başqa birinə "yox” deyəcək. Yəni, bunlar taktiki gedişlərdir.
Bu cür video və şəkillərə gəlincə, bütün tərəflərdə onlara rast gəlmək olar. Texniki imkanlar buna imkan verir. Bölgəmizdə su bulandırmağa çalışan qüvvələr də çoxdur. Ona görə də sözügedən videonu Ermənistanla yanaşı, digərləri də yaya bilərdi. Hansısa bir mərhələdə Rusiya İrəvanın istəyinə uyğun hərəkət etmədikdə, Ermənistan belə addımlara gedə bilər. Bunlar piar və informasiya müharibəsidir, müxtəlif mərhələlərdə yenə də belə hadisələrin şahidi olacağıq. Problemin kökündə böyük qıcıq dayanır".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar