Xəbər lenti
Azərbaycan ordusu Qarabağda bu planı icra edəcək - İrəvanda nə düşünürlər?

Manevr.az publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan çıxış edib.
Onun sözlərinə görə, hazırda beynəlxalq səviyyədə Azərbaycanın addımlarının legitimləşməsi prosesi sürətlənir.
“Bakı proseslərin tam yetişməsini gözləyir və lazımı anda hərəkətə keçəcək”, - o iddia edib.
Qeyd edək ki, Ermənistanda son günlər belə iddialar irəli sürülür və əsas kimi “Qisas 3” əməliyyatının keçirilə biləcəyinə dair fikirlər götürülür. Azərbaycan ordusunun öz suveren ərazilərində hərbi addımlar atmaq planları sirr deyil.
Rəsmi Bakı qanunsuz erməni silahlı dəstələrin Azərbaycan ərazisindən çıxarılmasını, o cümlədən, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə terrorçu dəstələrin tərkisilah edilməsi tələbini irəli sürür. Bu tələblər 10 noyabr razılaşmasına uyğundur. Razılaşmada əksini tapmı öhdəliklər yerinə yetirilməsə, praktiki mərhələdə addımların atılması qaçılmaz olacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar