Xəbər lenti
Qarabağda son və qəti əməliyyatlara hazırlıq başladı
Ərdoğanın Bakı səfəri başa çatan kimi Azərbaycanla Ermənistan sərhədində atəşkəs pozuldu. Ermənilər Laçın postuna snayper atəşi açıblar. Bir sərhədçimizi yaralayıblar. Azərbaycan Ordusunun cavab atəşi ilə düşmənin snayperləri zərərsizləşdirilib.
Bunun ardından Zəngilan istiqamətində ağır döyüşlərin başladığı xəbəri yayıldı. Dövlətlərarası sərhədin Zəngilan istiqamətində Azərbaycan sərhəd zastavasının atəşə tutulmasından sonra başlayan ağır döyüşlər sonradan dayandırılıb. İyunun 15-i axşam sərhəddə sakitlik təmin edilib.
Bu təxribatlar yalnız Ermənistanın təşəbbüsü ilə baş vermir. Arxasında başqa güclərin dayandığı istisna edilmir. Əsasən Rusiyanın və Fransanın adları çəkilir. Sülh danışıqlarının intensivləşdiyi vaxtda bunların baş verməsi şübhələri Rusiyanın, Fransanın üzərinə tuşlayır. Əslində isə burda şübhəyə yer yoxdur. 44 günlük müharibədə Azərbaycan Ordusunun dəmir yumruğu ilə məğlub edilən Ermənistanın bu cür təxribatlar etməyə “duxu” çatmaz. Ona güc, həvəs və “dux” verən mərkəzlər var. Bu sırada ağla ilk gələn Moskva ilə Parisdir.
Rusiya anlayır ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalansa, konfliktə son verilsə onun Cənubi Qafqazda qalmaq səbəbləri aradan qalxmış olacaq.
Fransanın da niyyəti bu bölgədə möhkəmlənməkdir. Rəsmi Parisin Türkiyə ilə tarixi rəqabəti Qarabağ məsələsində də özünü hər zaman göstərib. Fransa birmənalı Ermənistanın tərəfindədir.
İran da Qarabağ məsələsinin sülhlə yekunlaşmasını əsla istəmir. O həddə istəmir ki, bizi hərbi təcavüzlə hədələməkdən belə çəkinmir. Bu da azmış kimi bizə qarşı terrora əl atır. Tehrandakı səfirlikdə terakt, deputat Fazil Qəzənfəroğluna qarşı sui-qəsd cəhdi buna sübutdur.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə olduqca önəmli və kifayət qədər sensasion sayılacaq bəyanat verdi. Dedi ki, Zəngəzur dəhlizinin açılmasına İran daha çox mane olur, nəinki Ermənistan. Bu həm də Türkiyənin İranın Azərbaycana, həm də Türkiyəyə qarşı təxribatlarına Ankaranın sakit qalmayacağının, lazımi tədbirlər görüləcəyinin anonsu idi. Türkiyə anlayır ki, İran amili onun da açılmasında maraqlı olduğu Zəngəzur dəhlizi projesini təhdid edir. Bu təhdidin, təxribatın aradan qaldırılması üçün Ankaranın ciddi qərarlar qəbul etdiyi məlumdur. İranın Azərbaycana qarşı istənilən rəftarına Türkiyədən sərt cavab veriləcəyini də Tehran yaxşı bilir. Necə ki, bu, indiyə kimi belə olub. Qərbin iqtisadi sanksiyaları, İsrailin hərbi-siyasi təzyiqləri altında inləyən İran bir də Türkiyəni qarşısına alır. Nəzərə alsaq ki, Türkiyə NATO ölkəsidir. Bu faktor İranın vəziyyətini daha da çətinləşdirir.Globalinfo.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar