Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Laçına növbəti köç başlayıb - 22 ailə...

Tarix: 14-06-2023 08:19     Baxış: 4214 A- / A+



Laçın rayonundan olan keçmiş məcburi köçkünlərin növbəti qrupunun öz dədə-baba yurduna köçürülməsinə başlanılıb.
Manevr.az report-a istinadən xəbər verir ki, rayona 22 ailə, ümumilikdə 72 nəfər yola salınıb.
Laçınlı İradə Hüseynova 30 ildir ki, məcburi köçkün həyatı yaşadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, köçkünlük həyatını böyük kədər hissi ilə xatırlayır:
"Laçına qayıtmağıma görə həm sevinirəm, həm də kədərlənirəm. Biz neçə ildir bu günü gözləyirdik. Çox heyif ki, oraya əzizlərimlə məlum səbəblərə görə qayıda bilmirəm. Bu günləri bizə yaşadan Ali Baş Komandana minnətdarlığımı bildirirəm, şəhid və qazilərimizin qarşısında baş əyirəm. Deyiləsi sözlər çoxdur. İlk ziyarət edəcəyim yer atamın məzarı olacaq. Laçınla bağlı xatirələrim zəngindir".
Laçın rayon sakini Ramiz Həsənov da bu günün sevincini yaşayanlardandır. Onun sözlərinə görə, uzun müddətdir ki, ölkə xaricində yaşamasına baxmayaraq, Laçına qayıdacağı günün səbirsizliklə gözləyib:
"1993-cü ildən Laçın şəhərindən çıxmışıq. Yadda qalan xatirələr çoxdur. Hər dəfə yuxularımda məktəb illərim, dağlarda kəklikotu yığmağım, meşələrdən fındıq toplamağım, bulaqlardan su içməyimi xatırlayırdım. Şükürlər olsun ki, torpaqlarımız işğaldan azad edildi. Ölkə Prezidenti İlham Əliyevə sonsuz təşəkkürümüzü bildiririk. Vətən uğrunda canlarından keçmiş şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə isə şəfa arzulayıram. İlk ziyarətim edəcəyim yer evim, eyni zamanda Həkəri çayı olacaq".
82 yaşlı Adilə Əlişova isə bildirib ki, rayondan çıxanda 52 yaşı var imiş:
"30 ildən sonra Laçın həsrəti sona çatdı. Şəhidlərimizə, qazilərimizə çox sağ ol deyirəm ki, mənim bu yaşımda vətən həsrətinə son qoydular. Laçında müxtəlif idarələrdə işləmişəm. Ordan çıxanda ailə üzvlərimdən ikisini itirmişəm. Rayona oğlum, gəlinim və nəvəmlə gedirəm. Torpağıma ilk ayaq basanda hansı hisslər keçirəcəyim özümə də maraqlıdır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar