Xəbər lenti
“Şəhidlər ölməz, Vətən bölünməz!” - layihəsinə şəhid Bəxtiyar Hüseynov haqqında oçerk təqdim edildi


Yazıçı oçerkdə 2016-cı ildə 03 aprel tarixində Talış-Goranboy döyüşlərində (düşmənlə təmas xəttində) şəhidlik zirvəsinə ucalan arzuları yarımçıq qalan, adı Bəxtiyar olub, özü bəxtiyar olmayan 21 yaşlı bir gəncin yarımçıq taleyinə ağladığını qeyd edir. O, təsadüfən Bəxtiyar Hüseynovun anası Afaq xanımla tanış olduğunu, onu dinlədikcə bu ananın səbrinə, dözümünə heyrət etdiyini yazır. Bəxtiyarın atası Rəfail Hüseynov və nənəsi Firəngiz xanımın bu ölümə dözə bilmədiyini ürək ağrısı ilə qələmə alan yazıçı “Ayrılıq insanları ayırır...”, bu ayrılıq isə Bəxtiyarın atasını, nənəsini ona qovuşdurdu deyərək fəryad edir.
Oçerkdə Gülarə Munisin Bəxtiyar Hüseynova həsr etdiyi şeir də oxuculara təqdim olunur.
Bəxtiyar Hüseynov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalla olunub.
Hal-hazırda doğulub boya-başa çatdığı küçə Bəxtiyar Hüseynovun adını daşıyır.
Ətraflı: https://bit.ly/3OZ9OdB

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar