MN-dən verilən məlumata görə, cari ilin iyun ayı ərzində azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində 200 hektaradək ərazi minalardan tam təmizlənib. İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 30890 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.
Mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.




























.jpg)







