Xəbər lenti
Araik Bakının təklifini qəbul etmədi – Ordumuz hərəkətə keçir
Qondarma rejimin “təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayan son zamanlar separatçılar arasında “aktivliyi” ilə seçilir. Onun Araik Arutyunyan və komandasına qarşı açdığı cəbhə separatçılar arasında ixtilafın gündən-günə böyüdüyünü göstərir.
Bəzi iddialara görə, Babayan Xankəndidə nəzarəti bərpa edərək Bakı ilə danışıqlara getmək, ən yaxşı halda erməni icmasının rəhbəri olaraq amnistiyadan yararlanmaq istəyir.
Maraqlıdır, rəsmi Bakı belə bir hal qarşılığında Samvel Babayanı erməni icmasının rəhbəri kimi tanıyacaqmı? Özü də bir separatçı olan Babayan Bakının amnistiyasından yararlana bilərmi?
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, prinsip etibarilə bizim üçün Xankəndidəki prosesləri kimin tənzimləyəcəyinin heç bir fərqi yoxdur:
“Prezident İlham Əliyev Laçında çıxışı zamanı açıq şəkildə qeyd etdi ki, əgər separatçılar “parlamentlərini” “hökumətlərini” buraxlarsa, onlara amnistiya verilə bilər. Bu Araik Arutyunyan da ola bilər, Samvel Babayan da. Burada əsas məsələ separatçıların rəsmi Bakının tələblərini qəbul etməsidir.
Mən inanmıram ki, Araiklə Samvel buna hazır olsun. Arutyunyan onsuz da bu istiqamətdə açıqlamalar verir və açıqca deyir ki, o, Bakının tələblərini qəbul etməyəcək. Samvel Babayana gəldikdə isə o Arutyunyanla müqayisədə zəifdir və dəstəkçilərinin sayı azdır. Misal üçün, o, Xankəndidə Arutyunyana qarşı mitinq keçirdi, lakin çox az insan iştirak etdi.
Babayan indiki halda Rusiyanın dəstəyini alsa, Arutyunyanı devirə bilər. Çünki separatçılar əsasən Kremldən dəstək alırlar. Onu da deyim ki, Rusiya separatçılarla bağlı kartlarının hamısını oynamır. Yəni həm Samvel Babayanla, həm Araik Arutyunyan, həm də Ruben Vardanyanla təmaslar qururlar.
Azərbaycan tərəfi üçün indiki məqamda əsas məsələ separatçıların şərtlərimizi qəbul etməsidir. Hesab edirəm, separatçılar bunu qəbul etməyəcək və rəsmi Bakı yekunda prosesləri antiterror əməliyyatları ilə həll edəcək
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar