Xəbər lenti
Şuşalıların istəkləri var
Müraciətdə qeyd olunur ki, vətən torpaqlarının, o cümlədən Şuşa qalasının azad olunması camaata əvəzolunmaz qürur hissi yaşadıb: “Xalqımızın tarixinə qızıl hərflərlə yazılacaq bu sevincli anları yaşadanları xalqımız heç vaxt unutmayacaq və layiqincə dəyərləndirəcək. Azad olunmuş vətən torpaqlarında aparılan bərpa və möhtəşəm quruculuq işləri də olduqca təqdirəlayiqdir”.
Müraciətdə təkliflər də yer alır: “Bizi ən çox qayğılandıran şəhidlər məzarlığının abadlaşdırılması məsələsidir. Şuşanın müdafiəsi uğrunda canını fəda etmiş şəhidlərimizin uyuduğu, Cıdır düzü ərazisində yerləşən məzarlığın abadlaşdırılması və orada xiyaban salınmasını, xiyabanın girişində Şuşanın müdafiəsi və işğaldan azad olunması uğrunda şəhid olmuş qəhrəman vətən övladlarının xatirə guşəsinin yaradılmasını arzu edirik və yerli sakinlərin bu arzularını gerçəkləşdirmələri üçün yardımçı olmalarına icazə verilməsini xahiş edirik.
İkinci vacib məsələ digər məzarlıqların – Mirzə Həsən və Cıdır düzü məzarlıqlarının abadlaşdırılması və sakinlərimizə həmin məzarlıqları ziyarət etmələrinə şərait yaradılması məsələsidir. Həmin məzarlıqları erməni barbarlar tamamilə dağıdıb və oraları ağaclar, kollar basıb. İnsanlarımıza bu məzarlıqları ziyarət etməyə və abadlaşdırma işləri aparmağa icazə verilmir. Belə bir icazənin verilməsinə təminat yaradılmasını xahiş edirik.
Şuşa abidələr şəhəridir və mədəniyyət mərkəzidir. Odur ki, bərpa və quruculuq işləri zamanı tarixi və mədəniyyət abidələrinin orijinallığının qorunub saxlanması və yerli memarlıq üslublarına əməl olunmasını zəruri sayırıq.
Şuşa qalasının memarı Pənahəli xanın, Şuşanın müdafiəsi və azad olunması uğrunda canını fəda etmiş şəhidlərimizin, həmçinin qəhrəman qazi və döyüşçülərimizin şərəfinə abidə ucaldılmasını arzulayırıq.
İşğala məruz qalana qədər Şuşada müalicə sanatoriyaları və istirahət evləri fəaliyyət göstərib. Həmin sanatoriya və istirahət evlərinin fəaliyyətinin bərpa olunmasını məqsədəmüvafiq sayırıq. Bu layihə çərçivəsində şəhid ailələri, qazi və müharibə veteranları üçün ödənişsiz və yaxud güzəştli müalicə və istirahət mərkəzlərinin yaradılması da olduqca önəmlidir.
Digər əhəmiyyətli saydığımız məsələ Şuşada idman kompleksinin, o cümlədən futbol meydançasının tikilməsi məsələsidir. Şuşanın təbii şəraiti və havası idman məşqlərinin və yarışlarının keçirilməsi üçün də olduqca əlverişli sayıla bilər.
Şuşada turizmin inkişafına xüsusi diqqət ayrılır və layihələr işlənir. Bu layihələr çərçivəsində Cıdır düzü ilə Topxana meşəsi arasında asma körpünün salınması və Daşaltı çayı üzərində süni gölün yaradılması yaxşı olardı.
Bir xahişimiz də odur ki, bərpa və quruculuq işlərində Şuşanın yerli mütəxəssislərindən və işçi qrupundan istifadə olunsun. Onlar uzun illər öz doğma vətənlərində çalışıb işləməyi arzulayıblar.
Sizdən bir istəyimiz də var ki, Şuşa sakinlərinə sərbəst şəkildə Şuşaya getmək icazəsi verilsin. Elə sakinlərimiz var ki, Şuşa azad olunandan bəri oraya gedə bilməyib.
Ümid edirik ki, xahiş və təkliflərimiz lazımınca dəyərləndiriləcək və nəzərə alınacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar