Xəbər lenti
Gələn aydan Laçına köç başlayır
Gələn ay Laçına ilk köç başlayacaq.
Manevr.az bildirir ki, bu barədə Modern.az-a Laçının deputatı Mahir Abbaszadə məlumat verib. Onun sözlərinə görə, Laçına qayıdış prosesinə maydan sonra start veriləcək və laçınlılar öz torpaqlarına mərhələli şəkildə geri dönəcəklər.
"Prezident İlham Əliyev Laçına səfəri zamanı rayonun bərpa edilməsi və quruculuq işlərinin aparılması ilə bağlı ciddi tapşırıqlar verib. Ötən ildən etibarən Laçın şəhərində, Zabux və Sus kəndlərində yenidənqurma işləri başlayıb. Həmin ərazilərə vətəndaşlarımız mərhələli şəkildə köçürüləcək",- deyə parlamentari bildirib.
M.Abbasov Laçın sakinlərinin Böyük Qayıdışa hazırlaşdığını vurğulayıb:
"Məndə olan məlumata görə, gələn ay laçınlılar öz torpaqlarına geri dönəcək. Laçın şəhərinin mərkəzində evlərin bərpa olunması, infrastrukturun qurulması, Zabux və Sus kəndlərinin inşası və bura köçürüləcək məcburi köçkünlər üçün evlərin tikilməsi nəzərdə tutulub. Köçürüləcək sakinlərin işlə təmin olunması da müvafiq qurumlar tərəfindən həyata keçiriləcək. Hesab edirəm ki, Laçın sakinlərinin öz torpaqlarına qayıtması Böyük Qayıdışın başlanğıcı kimi qəbul olunmalıdır. Dədə-baba yurdundan didərgin düşmüş vətəndaşlarımız yaxın zamanda öz torpaqlarına qovuşacaqlar".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar