Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyan razılığa gəldi - Bu kəndlər qaytarılacaq

Tarix: 16-05-2023 10:08     Baxış: 3259 A- / A+
Brüsseldə üçtərəfli görüşün yekunu olaraq, Bakı və İrəvan bir-birinin ərazi bütövlüyünü tanımaq prinsipinə sadiqliyini təsdiqləyiblər: razılaşmada Ermənistanın 29,800, Azəbaycanın 86,600 kvadratkilometr ərazisi qeyd olunur;

Manevr.az
xəbər verir ki, Brüssel razılaşmasından sonra əsas sual işğal altındakı 8 kəndin Ermənistanın dediyi 29,800 kv.km əraziyə daxil olub-olmamasıdır.

“Hraparak” nəşri erməni mütəxəssislərinə istinadən yazır ki, Ermənistanın 29,800 kv.km ərazisi Sovet Ermənistanının ərazisidir və bura Azərbaycana məxsus anklavlar – Kərki kəndi və Qazaxın 7 kəndi (Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrlimli) – daxil deyil.

Qeyd edək ki, Kərki kəndi və Qazaxın 7 kəndindən üçü – Sofulu, Yuxarı Əskipara və Bərxudarlı Ermənistan tərəfdə qalan Azərbaycan esklavıdır. Bu ərazilər Ermənistan üçün anklav sayılır. Digər kəndlər - Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara və Xeyrimli sərhədimizə birləşik olsa da, işğal altındadır. Sərhədin delimitasiyası prosesinə bu kəndlərin taleyinin həll edilməsi də daxil edilib.

“Hraparak” nəşri bu kəndlərin Azərbaycana qaytarılması prosesinin necə baş verəcəyini Ermənistanın keçmiş baş naziri Hrant Baqratyandan soruşub.

H.Baqratyan bildirib ki, Ermənistanda 4 anklav (Kərki, Sofulu, Yuxarı Əskipara və Bərxudarlı) var: “Onların ümumi ərazisi 30 kvadratkilometrə yaxındır. Ən böyük anklav Kərkidir”.

Məlumatlara görə, Brüsseldə bu məsələlər müzakirə olunub və tərəflər həmin ərazilərin qaytarılmasının delimitasiya prosesində həyata keçirilməsi razılığını əldə ediblər.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar