Xəbər lenti
Şuşadan verilən tarixi mesaj: Heydər Əliyev strategiyası və güclü dövlət anlayışı – Aqil Məmmədov
Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirilir. Həmçinin ölkə hüdudlarından kənarda da Dahi Liderin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən konfranslar, forumlar simpoziumlar təşkil edilir. Sözsüz ki, Azərbaycan xalqı öz Liderinə, Dahi Şəxsiyyətə olan sonsuz sevgisini bir daha israr etməklə bu strategiyaya sonuna qədər sadiq qalacağını nümayiş etdirir.
Manevr.az bildirir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin 100 illiyində mədəniyyət paytaxtı Şuşadan xalqa müraciət etməsi xüsusi rəmzi məna kəsb edir: “Çünki Dahi Lider hər zaman işğalda saxlanılan ərazilərimizin bir gün erməni təcavüzündə azad olunacağına sonsuz inamı var idi. Onun hakimiyyəti dövründə siyasi-diplomatik müstəvidə Azərbaycan beynəlxalq arenada özünün fundamental hüquqlarını bərqərar edib. Tarixi Lissabon Sammiti ATƏT, Avropa Şurası, Avropa Birliyi, BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin qeyd-şərtsiz erməni işğalından azad olunması ilə bağlı çıxarmış olduğu qərarlar Ulu Öndər Heydər Əliyev strategiyasının uzaqgörənliyinin məntiqi nəticəsi idi”.
Millət vəkili Ulu Öndər Heydər Əliyev siyasətini böyük uğur və əzmlə davam etdirən Prezident İlham Əliyev məhz bu strategiyaya sadiq qaldığını, Azərbaycanın bütün sahələrə üzrə inkişaf etdiyini söyləyib: “Eyni zamanda Ulu Öndərin ən böyük vəsiyyətini, torpaqlarımızın erməni işğalından azad edilməsi kimi tarixi missiyanın da öhdəsindən Ali Baş Komandan böyük məharət və qəhrəmanlıqla gəldi. Azərbaycanın dünya birliyi tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyü bərpa edildi. İşğalçı dövlət döyüş meydanında məğlub olaraq kapitulyasiya aktına imza atmağa məcbur oldu. Üç il öncə Şuşanın işğaldan azad olunduğunu Azərbaycan xalqına elan edərkən Prezident vurğlamışdır ki, “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim…” Bu baxımdan, Ümummilli Liderin 100 illiyyində Prezidentin Şuşadan xalqa müraciəti siyasi rəhbərin mənəvi hesabatı olmaqla bərabər, Ulu Öndərin əziz xatirəsinə və eləcə də vəsiyyətinə dərin hörmət və ehtiramın ən ali səviyyədə nümayişi idi”.
Deputat bildirib ki, Prezident İlham Əliyev xalqa müraciətində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün istiqamətlərinə diqqət çəkməklə yanaşı, Ümummilli Liderin siyasi kursuna uyğun olaraq Azərbaycanın ötən illərdə keçdiyi inkişaf yoluna da nəzər salıb: “Azərbaycanda 90-cı illərin əvvəllərində yaşayan xaos və anarxiyanın acı nəticələrindən bəhs edib. Bunun fonunda təcavüzkar Ermənistanın Azərbaycan ərazilərinin işğal etməsini böyük faciələrə yol açdığı vurğulanıb. Yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın yox olmaq parçalanmaq təhlükəsi ilə üzləşdiyi qeyd edilib. Çünki 1992-ci ilin may ayında Şuşa kimi kimi tarixi bir şəhərimiz məhz milli xəyanət və satqınlıq nəticəsində düşmənə təhvil verilmişdi. Şuşa işğal olunandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmiş və öz arzusuna çatmışdı. Şuşanın erməni təcavüzünə məruz qalmasından sonra Laçının taleyi də böyük təhlükə altında idi və on gün sonra Laçın da işğal olundu. 1993-cü ilin aprelində isə Kəlbəcər işğal olundu və beləliklə, Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. Belə bir şəraitdə Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin simasında nicat yolunu görürdü. Xalqın təkidi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra vətəndaş müharibəsinə, qardaş qırğınına son qoyuldu. Bununla da Azərbayan sürətli inkişaf yoluna qədəm qoydu. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin kontraktı” ölkəmizin inkişafında növbəti bir dönüş nöqtəsi idi”.
Aqil Məmmədova görə, Ulu Öndər Heydər Əliyevin neft strategiyası bu gün imkan verir ki, Azərbaycan Qarabağı, Zəngəzuru yenidən qursun: “1994-cü ildə “Əsrin kontraktı”, 1996-cı ildə “Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış kontrakt Azərbaycanın bugünkü iqtisadi qüdrətinin əsasını təşkil edir. Artıq, bütün dünya Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu qəbul edir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz beynəlxalq miqyasda etibarlı tranzit ölkədir. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizin geosiyasi önəmi əhəmiyyətli dərəcədə artıb. Sözsüz ki, qazanılan bütün uğurların mayasında Heydər Əliyev yolu, onun uzaqgörən siyasi kursuna sadiqlik dayanır. Azərbaycan Heydər Əliyev yoluna sadiqliyi nəticəsində dövlət müstəqilliyini daha da möhkəmləndirməklə yanaşı, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin edib”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar